Siyasət

“Sputnik V” + “AstraZeneka”: Azərbaycan “təcrübə dovşanıdır”?

5 May, 2021
1775

NBC News

Azərbaycanda əhalinin peyvəndlənməsi davam edir. Proses yanvarda başlayıb, ölkəyə ümumilikdə 2 milyondan çox 3 növ vaksin gətirilib: “Sinovac” (Çin), “AstraZeneca” (Britaniya-İsveç) və “Sputnik V” (Rusiya).

Nazirlər Kabineti yanında Operativ Qərargahın 15 dekabr 2020-ci il tarixli brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı vaksinlərin müxtəlif parametrlərə görə dəyərləndirildiyini açıqlamışdı: saxlama şəraiti, qoruyuculuq, effektivlik xüsusiyyəti və təhlükəsizliyi.

Ancaq peyvəndləmə zamanı diqqət çəkən məqamlardan biri effektivliyi beynəlxalq səviyyədə təsdiqlənməmiş 2 fərqli vaksinin birgə tətbiq edilməsi oldu. 

Fevralın 9-da Azərbaycan  Səhiyyə Nazirliyi “Sputnik V” və “AstraZeneca” vaksinlərinin birgə tətbiq olunacağını bəyan etməklə, bu variantı seçən ilk ölkə oldu.

Daha öncə isə Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev hər iki vaksinin birgə tətbiqi üçün kliniki sınaqların Azərbaycanda və Birləşmiş Ərəb Əmirliklərində, daha sonra Səudiyyə Ərəbistanında başlayacağını bildirmişdi.

“Sputnik V” 2020-ci ilin avqustunda Rusiyanın N.F. Gamaleya adına elmi-tədqiqat İnstitutu tərəfindən hazırlanıb, ümumilikdə 50-dən çox ölkə bu vaksini sifariş verib. Onların arasında  Hindistan, Meksika, Belarus və Serbiya, Macarıstan, Slovakiya kimi Avropa Birliyi ölkələri də var. Bundan başqa,  Çin, Hindistan və Koreya vaksini Rusiyadan alıb başqa ölkələrə satmağı planlaşdırdıqlarını bəyan ediblər (https://www.statista.com/statistics/1123927/sputnik-v-exports-from-russia-by-country/).

Açıq mənbələrdən götürülüb

Braziliya da “Sputnik V” alacaq ölkələr arasındaydı, amma sonra ölkənin Milli Sağlamlığa Nəzarət Agentliyi “Anvisa” qərarın dəyişdiyini bəyan edib. Qurum bunu vaksinin riskləri, təhlükəsizliyi, keyfiyyəti və effektinə dair informasiyanın azlığı  ilə əsaslandırıb.

Bu vaksininin 20 dərəcə istilikdə saxlanmalı olduğu və effektivliyinin 95 faiz təşkil etdiyi barədə məlumatlar var.

Britanita və İsveç alimlərinin birgə hazırladığı, mənfi 4 dərəcədə saxlanıla bilən, effektivliyi 70 faiz olan “AstraZeneca”nın ikinci dozasının nəticələri ilə bağlı yenidən tədqiqatlara başlanıb. 

Azərbaycan “Sputnik V”-ni keyfiyyətli olduğu üçün alır, yoxsa...

Rusiya prezidenti Vladimir Putin “Sputnik V”-ni “dünyanın ən yaxşı peyvəndi" adlandırır, ölkə mətbuatı isə davamlı şəkildə onun xaricə rekord ixracatına diqqət çəkir.

Ancaq Qərb ölkələri və ABŞ bu vaksini heç də “ən yaxşı peyvənd” hesab etmirlər. Amerika Rusiya kəşfiyyatıyla iş birliyində günahlandırdığı bəzi media qurumlarını ( “New Eastern Outlook”, “Oriental Review”, “News Front” və “Rebel Inside”) 

 Qərb istehsalı olan vaksinlər barədə dezinformasiya yaymaqda ittiham edir. Avropa Tibb Agentliyi isə AB ölkələrinə “Sputnik V”-dən istifadə qərarının  təxirə salınmasını, vaksinin təhlükəsizliyilə bağlı araşdırmanın başa çatmasını gözləməyi tövsiyə edib.

2020-ci ilin sentyabr ayında Britaniyanın “The Lancet” tibb jurnalı 38 nəfər könüllü üzərində aparılan tədqiqata əsaslanaraq peyvəndin ciddi yan təsirləri olmadığını qeyd etsə də, peyvəndin effektivliyi barədə hələ də etibarlı bir məlumat yoxdur. Rusiya  tərəfi vaksinlə bağlı ilkin məlumatları müstəqil dərman testi orqanlarına  təqdim etməyib (https://www.dw.com/en/is-sputnik-v-vaccine-safe/a-57219314).

Azərbaycanın “Sputnik V”-yə inamının səbəbi nədir?

11 mart 2020-ci ildə Baş nazir Əli Əsədov 300 000 doza Rusiya vaksininin Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Səhiyyə Nazirliyi bu peyvəndin istifadəsini martın 12-də təsdiq etdikdən sonra mayın 2-də Rusiyadan ölkəyə 40 min doza vaksin gətirilib. 

Həmin gün səhiyyə nazirinin müavini Viktor Qasımov “Sputnik V”-nin effektiv olduğunu, “özünü dünyada çox yaxşı göstərdiyini” və artıq 60-dan çox ölkədə qeydiyyatdan keçdiyini deyib.

O həmçinin qeyd edib  ki, Rusiya ilə Azərbaycanın yaxın münasibətləri var və vaksinlərin gətirilməsi bunun bariz nümunəsidir.

Mərdan Əliyev - Sosial Media

 

“Çin peyvəndi daha etibarlıdır”

İnfeksionist-hepatoloq Mərdan Əliyev “Toplum TV”-yə açıqlamasında Çin peyvəndinin yan təsirlərinin minumum həddə olduğunu deyib.

“Digər peyvəndlərdən istifadə etmədiyimiz üçün ancaq başqalarının dediklərinə əsasən fikir yürüdə bilirik.

“Sputnik V” 60 ölkədə qeydiyyatdan keçib, eyni zamanda, Türkiyə də bu vaksindən alır. Çox güman, Azərbaycan bunları nəzərə alıb”.

İnfeksionist müxtəlif vaksinlərdən istifadənin mənfi və müsbət tərəfləri olduğunu deyir: 

“Məsələn, Çin peyvəndinin istifadəsi, yan təsirləri artıq  Azərbaycan həkimlərinə məlumdur. Ölkəyə başqa peyvəndlər gətiriləndə onlara adaptasiya olmaq zərurəti yaranır. İlk vaxtlarda onların saxlanma qaydaları, yan təsirləri barədə ətraflı məlumatımız olmur.  Üstəlik, vətəndaşlar tərəfindən də birmənalı qarşılanmır, “Bu, yeni peyvənddir, görəsən, nəticəsi necə olacaq?”, - deyə insanlar onu vurdurmaqdan çəkinirlər.

Bununla belə, Mərdan Əliyev Azərbaycanın  təcrübənin müsbət ola biləcəyini düşünür:

“Peyvəndlər müxtəlif olduqda, hansının daha effektiv olması aydınlaşır. Vaksinlərin birgə tətbiqi zamanı  zəif və güclü effektlər bir-birini kompensasiya edə bilər. Yəni bir peyvənd zəif effekt verərsə, digəriylə qarışıq istifadəsi daha uğurlu ola bilər”. 

Azər Qasımlı - Sosial Media

Siyasi şərhçi Azər Qasımlı deyir ki, heç bir peyvəndin effektivliyi 100% təsdiqlənməyib.

“Keyfiyyətdən əmin olmaq üçün bir neçə il vaxt keçməlidir. Avropa Birliyinin Rusiyadan vaksin almamaq qərarı siyasidir. Rusiya Avropaya rəqib ölkədir. Milyonlarla insanın peyvəndənməsindən söhbət gedir ki, bu həm də demoqrafik təhlükəsizlik məsələsidir. Ona görə də ABŞ və Qərb ölkələri  siyasətinə tam bələd olduğu ölkələrin vaksinini almaq istəyir”,-deyə A.Qasımlı bildirib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Məhkəmədəki çıxışından sonra Akif Qurbanova zəng məhdudiyyəti qoyulub

25 Aprel 2025

ResPlatforma

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanovun ailəsinə zəng etməsinə məhdudiyyət qoyulub. Bunu Toplum TV-yə onun yaxınları deyib. Yaxınları bildirir ki, bu gün Qurbanovun onlara zəng günü idi, amma buna icazə verilməyib. Bu məhdudiyyətin səbəbi kimi onun və digər təqsirləndirilən şəxslərin aprelin 24-də “Toplum TV işi” üzrə baş tutan məhkəmə prosesindəki sərt çıxış etmələri ehtimal olunur. Prosesdə təqsirləndirilənlər prezident İlham Əliyevin şahid kimi dindirilməsini və Baş prokurorun ittihamları sübut etməsini istəmişdilər. “Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid...
Siyasət

Helsinki Komitəsi: “Tofiq Yaqublu dərhal azad edilməlidir”

25 Aprel 2025

sosial media

Norveç Helsinki Komitəsi (NHK) həbsinə etiraz olaraq 25 gündür aclıq aksiyası keçirən siyasətçi Tofiq Yaqublu ilə bağlı Azərbaycan hakimiyyətinə çağırış edib. Bu barədə beynəlxalq insan haqları təşkilatının "Facebook" hesabında bildirilib. Təşkilat Yaqublunun adekvat, müstəqil tibbi yardımla təmin edilməsinə və onun dərhal azad edilməsinə çağırıb. Qurum T. Yaqublunun 2023-cü ilin dekabrından təcridxanada saxlanıldığını və onun siyasi motivli ittihamlarla 9 il azadlıqdan məhrum edildiyini qeyd edib. “Bu çox ciddi və narahatlıq doğuran vəziyyətdir. Tofiq Yaqublunun uzun müddətli aclıq aksiyası sağlamlığı və həyatı üçün böyük təhlükə yaradır. Bu həbs və onun dinc fəaliyyətinə qarşı illərlə davam edən təzyiqlər beynəlxalq insan haqları prinsiplərinı ziddir”,...

Seçilmiş Videolar

Toplum TV loqo