Dünya

ABŞ-da vaksinin üçüncü dozası məcburi olacaq

17 avqust, 2021
3562

Açıq mənbələrdən götürülüb

Ağ Ev koronavirusa qarşı iki doza ilə tam peyvənd olunanların üçüncü dəf vaksinasiyasını məcburi elan edəcək. 

Bu haqda “New York Post” məlumat yayıb. 

Məlumata əsasən, peyvəndin üçüncü dozasını ikincisindən səkkiz ay sonra vurdurmaq lazım gələcək. Bildirilir ki, üçüncü doza sentyabrın ortalarından tez vurulmayacaq. O vaxta kimi ABŞ-ın qida məhsullarının və dərmanların keyfiyyətinə nəzarət idarəsi (FDA) ikikomponentli "Pfizer-BionTech" vaksininə icazə verməlidir.

Üçüncü doza ilə bağlı əsmi qərarın bu həftə veriləcəyi bildirilir. 

İndiyə qədər ABŞ-da 38 milyona yaxın insan koronavirusa yoluxub, 638 mindən çox insan virusla əlaqələri ağırlaşmalar nəticəsində vəfat edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ prokurorluğu: Çinin “Huawei” şirkəti etirazçıları izləmək üçün İran hakimiyyətinə kameralar verib

25 noyabr 2026

sosial medya

ABŞ-də federal məhkəmənin münsiflər heyəti Çinin texnologiya nəhəngi “Huawei” şirkətini və onun üç törəmə müəssisəsini bank və elektron dələduzluğu, İrana qarşı sanksiyaların pozulması, kommersiya sirlərinin oğurlanması və çirkli pulların yuyulması ilə bağlı ittihamlar üzrə təqsirli bilib. Bu barədə ABŞ Ədliyyə Nazirliyi noyabrın 24-də məlumat yayıb. Nyu-Yorkun Bruklin şəhərində keçirilən və 12 həftə davam edən məhkəmə prosesində münsiflər heyəti “Huawei”yə qarşı irəli sürülmüş 12 ittihamdan 10-u üzrə təqsirli hökm çıxarıb. Şirkət mütəşəkkil cinayətkar birlik yaratmaq və ədalət mühakiməsinə mane olmaq məqsədilə sui-qəsddə iştirak ittihamları üzrə isə bəraət alıb. ABŞ prokurorluğunun məhkəmədə təqdim etdiyi sübutlara görə, “Huawei” uzun illər İrandakı fəaliyyətini beynəlxalq...
Dünya

İsveçrə Gülnarə Kərimovanın 252 milyon dollarını Özbəkistana qaytaracaq

25 noyabr 2026

sosial media

İsveçrə Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın müsadirə edilmiş aktivlərindən daha 252,5 milyon dolları ölkəsinə qaytaracaq. Bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, vəsait “Uzbekistan Vision 2030 Fund” trast fondu vasitəsilə ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə və insan kapitalının inkişafına yönəldiləcək. Maliyyə vəsaitinin əsasən təhsil və səhiyyə sahələrinə sərf olunacağı qeyd edilib. İsveçrə ilə Özbəkistan arasında Kərimovanın müsadirə edilmiş aktivlərinin geri qaytarılması barədə saziş 2022-ci ilin avqustunda Bern şəhərində imzalanıb. Məlumata görə, İsveçrə banklarında ümumilikdə 840 milyon dollar dondurulmuşdu. “Gazeta.uz”un yazdığına görə, tərəflər 2022-ci ildə təxminən 131 milyon dolların, 2025-ci ildə isə daha 182...

Seçilmiş Videolar

Toplum TV loqo