Dünya

COVID-19-a qarşı üçüncü doza vaksin təhlükəlidir? 

16 Sentyabr, 2021
3280

AARP

Nüfuzlu tibb jurnalı “The Lancet”-də yer alan məqalədə koronavirusa qarşı kütləvi revaksinasiyanın (üçüncü dozanın) faydasız olduğu bildirilib. 

Məqalənin müəllifləri olan alimlər qrupuna Dünya Səhiyyə Təşkilatının (ÜST) və ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət idarəsinin  nümayəndələri də daxildir. 

Məqalədə iddia olunur ki, mövcud vaksinlər yetərincə effektli olduğuna görə təkrar vaksinasiyaya ehtiyac yoxdur. Bundan əlavə, təkrar dozaların çox tez-tez və vaxtından əvvəl vurulması miokarditə və Giyen-Barre sindromuna səbəb ola bilər. 

Bununla belə məqalədə qeyd olunub ki, revaksinasiya zəif immun sistemi olan insanlar üçün faydalı ola bilər. 

Bəzi mütəxəssislər isə “The Lancet” jurnalında iddia olunan fikirlərlə razı deyillər. Rusiyalı mütəxəssis Larisa Popoviç hesab edir ki, bəzi ölkələrdə əhalinin çoxu vaksinin hələ birinci dozasını almadığı halda, varlı ölkələrdə üçüncü doza vurulur. ÜST bunun qarşısını almaq üçün belə məqalələrdə maraqlı ola bilər.

Avqustda ÜST-ün Baş direktoru Tedros Qebreisus yoxsul ölkələrdə vaksinasiya göstəricilərini artırmaq üçün zəngin ölkələri revaksinasiyanı məhdudlaşdırmağa çağırmışdı. Onun hesablamalarına görə, həmin vaxt dünyada istifadə olunan 4 milyard doza vaksinin 80 faizi həyat səviyyəsi yüksək və orta olan ölkələrin payına düşürdü. 

İsrail alimlərinin hesablamalarına görə isə, "Pfizer-BioNTech" vaksininin üçüncü dozası iki doza ilə müqayisədə 60 yaşdan yuxarı insanları yoluxmadan dörd dəfə daha yaxşı müdafiə edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

2 Oktyabr 2026

sosial media

Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib. Tokionun sanksiya siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxs, həmçinin Türkiyə və BƏƏ-dən 4 şirkət daxil edilib. Yaponiya eyni zamanda Rusiya ilə əlaqəli olduğunu bildirdiyi 35 gəmiyə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Sanksiyalara VNIIR-Progress şirkətinin baş direktoru Vladislav Kostin və “Rostex” şirkəti rəhbərinin müavini Dmitri Lelikov da daxil edilib. Yaponiya Rusiyaya qarşı sonuncu sanksiyaları 12 sentyabr 2025-ci ildə, keçmiş baş nazir Şiqeru İşibanın hökuməti dövründə tətbiq etmişdi. Hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi hökumət dövründə isə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilməmişdi. Bundan bir müddət əvvəl Böyük Britaniya...
Dünya

“Reuters”: İran ABŞ-nin mümkün hücumuna daha genişmiqyaslı cavab hazırlayır

1 Oktyabr 2026

sosial media

İran ABŞ genişmiqyaslı hərbi hücumları bərpa edərsə, daha sərt və geniş cavab verməyə hazırlaşır. Bu barədə üç yüksəkvəzifəli İran rəsmisi və müzakirələrdən məlumatlı mənbə “Reuters”ə danışıb. Mənbələrin sözlərinə görə, İranın hərbi rəhbərliyi mümkün hədəflərin ABŞ-la əlaqəli obyektlərlə məhdudlaşmamasını, ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyən ölkələri və Yaxın Şərqdən kənardakı məkanları da əhatə etməsini nəzərdən keçirir. Rəsmilər bildiriblər ki, prezident Məsud Pezeşkianın ötən həftə Nyu-Yorkdan qayıtmasından sonra Tehranda mümkün cavabın miqyası və vaxtı müzakirə olunur. Hələlik yekun qərar qəbul edilməsə də, planlaşdırmanın intensivləşdiyi bildirilir. Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Həmidrza Əzizi deyib ki, Tehran ABŞ prezidenti Donald Trampın yeni genişmiqyaslı hərbi...

Seçilmiş Videolar

Toplum TV loqo