Açıq mənbələrdən götürülüb
Azərbaycanda istisna hallarda (xroniki xəstəlikdən əziyyət çəkənlər və xaricdə təhsil alanlar) 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına başlanılıb.
Vaksinasiyanın aparıldığı Bakı Sağlamlıq Mərkəzindən “Report”a bildirilib ki, ötən gündən başlayan vaksinasiya üçün 3 yeniyetmə müraciət edərək peyvənd olunub: “Hər üç yeniyetmə xaricdə təhsil almaq üçün vaksin olunub və onların səhhətində heç bir ciddi hal qeydə alınmayıb”.
16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb edilir. Həmin şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.
Vaksinasiya mərkəzləşdirilmiş qaydada Bakı Sağlamlıq Mərkəzində aparılır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"
Meydan TV
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”