Multimedia

Məhkəmənin azad etdiyi şəxsi polis buraxmayıb

11 Oktyabr, 2022
2194

İsmayıl Qəhrəmanov oktyabrın 10-da gecə saatlarında Xətai Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Lakin evinə gedə bilməyib, elə, məhkəmənin önündən onu Xətai Rayon Polis İdarəsinin əməkdaşları xidməti maşınla özləri ilə aparıblar. Məhkəmə qərarından sonra binadan çıxa bilməyən İsmayıl Qəhrəmanov video müraciətlə bildirir ki, onu çöldə polislər gözləyir.

İsmayıl Qəhrəmanov narkotik istifadə etdiyinə görə saxlanıldığını və 300 manat cərimə olunduğunu deyir, lakin bildirir ki, polis ona başqa ittiham da irəli sürür. 

İsmayıl Qəhrəmanov qardaşı İbrahim Qəhrəmanov onun Toplum TV-yə açıqlamasında oktyabr ayının 6-da saxlanıldığını və törətmədiyi əmələ görə günlərlə döyüldüyünü deyib.

Daxili İşlər Nazirliyinin sözcüsü Zeyni Hüseynov Toplum TV-nin sorğusuna cavab olaraq bildirib ki, İsmayıl Qəhrəmanov məhkəmədən buraxıldıqdan sonra məhkəmə qərarından rayon prokurorluğu ilə birgə yuxarı instansiyaya appelyasiya şikayəti verilib. İ.Qəhrəmanov Xətai RPİ-nin İstintaq şöbəsinə gətirilib və CM-nin 177.2.3 maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində saxlanılıb.

Məhkəmədəki çıxışında polis əməkdaşları tərəfindən onun döyülməsi və təzyiqlər edilməsi ilə bağlı iddialaı üzrə xidməti araşdırma başlayıb. Nəticəsindən asılı olaraq bu məsələyə də hüquqi qiymət veriləcək.


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo