Siyasət

Tural Sadıqlının valideynlərinin ölkədən çıxışına qadağa qoyulduğu deyilir 

15 May, 2026
245

Foto kollaj: Toplum TV

Azərbaycandan kənarda yaşayan bloger və hökumət tənqidçisi Tural Sadıqlının valideynlərinin ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir.

Bu barədə bloger sosial mediada məlumat yayıb.

Məlumata görə, onun atası Əlövsət Sadıqlı və anası Mətanət Sadıqlı mayın 15-i səhər saatlarında oğulları ilə görüşmək üçün səfərə çıxmaq istəyərkən Bakı Beynəlxalq Hava Limanında barələrində “stop” qərarı olduğunu öyrəniblər. Onlara bildirilib ki, məhdudiyyət Daxili İşlər Nazirliyi tərəfindən tətbiq edilib.

T.Sadıqlı valideynlərinə qarşı heç bir cinayət işinin olmadığını, buna görə də onların ölkədən çıxışının məhdudlaşdırılmasının qanunsuz olduğunu bildirib. 

"Mənim yaşlı ata-anamdan nə istəyirlər?! Heç bir cinayət əməllləri yox, hansısa cinayət işində şahid kimi də adları keçmir, heç bir günahın sahibi deyillər. Sadəcə övladlarını görüb geri qayıdacaqdılar. Dəfələrlə Avropaya gəlib övladlarını görüb qayıdıblar. Sağlıq olsaydı, bu dəfə də niyyətləri bu idi. Heç vaxt başqa ölkədə yaşamaq istəməyiblər. Son istədikləri Ağdama köçüb həyatlarının qalan illərini orada yaşamaqdır. Bu diləklərini mənə neçə dəfə deyiblər. Hakimiyyətin valideynlərimə qarşı etdiyi bu mənfur əməl sadəcə məndən qisas almaqdır", - o qeyd edib. 

Ötən ilin oktyabrında T.Sadıqovun Azərbaycanda yaşayan əmisi Elmir Sadıqova 
2 il yarım azadlıqdan məhrumetmə cəzası verilib. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah-sursat saxlama) maddəsi ilə təqsirli bilinsə də, T.Sadıqlı əmisinin həbsini siyasi motivli hesab edir. 

Dekabrda isə T.Sadıqlının özünə qiyabi hökm oxunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 14 il həbs cəzası alıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo