Siyasət

DİN AXCP-nin aksiyasının qarşısının alınacağını bildirir

10 Noyabr, 2022
2374

Rəsmi səhifə

Noyabrın 11-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında razılaşdırılmamış etiraz aksiyasına cəhd olarsa, polis qarşısını alacaq.

Bu barədə noyabrın 10-da Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada həmçinin qeyd olunub ki, aksiya zamanı mümkün qanunazidd əmələ görə məsuliyyət onun təşkilatçılarının üzərinə düşəcək.

https://toplum.tv/mehkeme/eli-eliyev-kamera-yoldasini-doymekde-teqsirlendirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyası noyabrın 11-də saat 16:00-da şəhər administrasiyasının binasının qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır. 

Aksiyanın əsas tələbləri sərbəst toplaşmaq azaldığının təmin edilməsi, siyasi məhbusların azadlığa buraxılması, quru sərhədlərinin açılması, azad seçkilərin keçirilməsi və demokratik islahatların aparılmasıdır. 

Bakı Şəhər İcra Hakimiyyəti aksiyanı “məqsədəuyğun” hesab etməyib və AXCP-nin müraciətinə rədd cavabı verib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo