Sosial

6 yaşlı film... - “Film Fiction” - Reportaj

8 Dekabr, 2017
2298
İlk elektron kino jurnalı

"Müasir insanı nə narahat edir? Dünyada baş verən hadisələrə onun qəlbi hansı cavablar tapır? Bax biz öz sənətimiz qarşısında bu sualları qoymalıyıq”.

Bu sözlər 20-ci əsrin məşhur italyan kinorejissoru Mikelancelo Antonioniyə məxsusdur. Hansısa səhifədə oxumuşdum. 

Səhv etmirəmsə, səhifənin adı "Film Fiction” idi. Adı belə maraqlıdır. O dəqiqə məşhur "Pulp Fiction” səhnələrini xatırlayırsan. Adamın gözünün qabağına Tarantino möhtəşəmliyi, Uma Turman gözləri, Travolta saçları gəlir. Sonradan öyrəndim ki, elə "Film Fiction” adı da buradan qaynaqlanır.

2011-ci ilin sentyabrında ATMU tələbəsi Fuad Alqayevin ideyası ilə dörd gənc Azərbaycanın ilk elektron film jurnalını yaratdı. Onların arasında rejissor Şahin Xəlil, operator, kinoşünas Mətləb Muxtarov və ATMU tələbəsi Məcid Məcidov var idi. 

Onlar ideyalarını genişləndirərək bu komanda ilə jurnalın 5-6 sayını dərc etdilər. Sonradan ADİU tələbəsi Bəhruz Qaraməmmədov da komandaya qoşuldu. O, 2015- ci ilə qədər jurnalın dizayn və tərtibat işləri ilə məşğul olmuşdu.

"6 yaşlı film”

"Film Fiction” jurnalı daha çox sənət kinosunu ( "Art House”) təbliğ edir. Hər 2-3 aydan bir jurnalın yeni sayı çıxır. Əvvəllər isə ildə 7-8 dəfə dərc olunurdu. Son aylardan başlayaraq altyazılar da göstərilir. Bu tip multimedia işləri ilə Elvin Cəbizadə məşğul olur.

İndiyə kimi jurnalın 32 sayı dərc edilib. Onların arasında "Azərbaycan kinosu”,  "Sovet kinosu”, "LGBT”, "Türk kinosu”, "Seriallar”, "Müsahibələr” və başqa nömrələr var. "Azərbaycan kinosu” sayı xeyli oxucu toplaya bilib. 

Bundan başqa, "Film Fiction”ın altı il ərzində 2 əlavə sayı da çıxıb. "Siyahılar” nömrəsində isə məşhur rejissorların maraqlı film tövsiyələrini görmək olar.

Jurnal 2012-ci ildə "Ölməzdən öncə izləməli olduğunuz 111 film” ensiklopediya kitabı layihəsinin təsisçilərindən biri olub.  

Əsl kinonu qəlibdən ayıra bilirlər

 Komanda üzvləri jurnalın məqsədini eyni sənət zövqünə malik insanları bir araya toplamaqda görür: "Biz burada həm yaxın dostlarıq, həm də eyni zövqləri paylaşırıq. Ancaq yaşlı nəsil bizi görməzdən gəlir, fəaliyyətimizi dəstəkləmir. Bu gün Azərbaycan kinosu acınacaqlı vəziyyətdədir. Məqsədimiz budur ki, insanlara yaxşını göstərək. Sabah Fransadakı kimi bir film Azərbaycanda çəkilsə, ən azı, nümayişə yüz adam toplaya bilək”.

Jurnalın hazırda 35 mindən artıq izləyicisi var. 

"Gənc olmalarına baxmayaraq, jurnalın kollektivinin kinoya münasibəti təmənnasızdır. Bundan əlavə, onlar əsl kinonu qəlibdən ayıra bilirlər. Yalanın yox, həqiqətin yanındadırlar”, - bunu "Film Fiction” komandası haqqında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov deyib. 

 "Jurnalın satın alınmasına razı olmadıq”

"Film Fiction” komandası jurnaldan heç bir maddi gəlir qazanmır. Onlar üçün yaradıcı fəaliyyət daha önəmlidir. Bir sıra şirkətlər əməkdaşlıq təklif etsə də, komanda üzvləri bundan imtina edir. 

"Hətta bir sayt jurnalı satın almaq və bizə işçi kimi məvacib ödəmək istəyirdi. Razı olmadıq”, - deyə baş redaktor Şahin Xəlil deyir. 

Jurnal üçün yazıları da kino həvəskarları, araşdırma aparan, resenziya yazan yaxud tərcümələr edən könüllülər hazırlayır. Onların fəaliyyəti nəticəsində yüzlərlə məqalə ilk dəfə Azərbaycan dilinə tərcümə edilib. 

"Film Fiction” üçün ən doğma yazarlardan biri də Elmidar Süleymansoydur. Yazılar hər sayın öz mövzusuna uyğun hazırlanır. Bununla bağlı hansısa senzura yoxdur.  

19-cu sayından "Film Fiction” şəxsi loqosu ilə yayımlanır.

2014-cü ildən jurnal "Eternity film” şirkətinin nəzdinə daxil edilib.

Jurnalın indiki heyətini təqdim edirik:

 Baş redaktor: Şahin Xəlil
 Redaktorlar: Nuranə Axundzadə, Mir Bağır
 PR menecerlər: Fuad Alqayev, Mətləb Muxtarov 
 Dizayn və tərtibat: Tural Əlisoy

Nigar Mübariz
Toplum.Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo