Açıq mənbələrdən götürülüb
Azərbaycan Elmlər Akademiyasının sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, akademik Eldar Salayev vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.
Bildirilir ki, Eldar Salayev iyunun 20-də, axşam saatlarında 88 yaşında vəfat edib.
Eldar Salayev 1933-cü il, dekabrın 31-də Naxçıvan şəhərində andan olub. 1970–1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının (EA) Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru, 1979-cu ildə professor dərəcəsini alıb.
1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983–1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti seçilmişdir. Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatı olub. Həmçinin İslam Akademiyasının üzvü seçilib.
E.Salayev 420 elmi əsərin, 88 ixtiranın və patentin, 4 monoqrafiyanın müəllifidir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"
Meydan TV
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Toplum TV
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”