Sosial

Atatürk Liseyi müəllimi məhkəməyə verdi

18 Fevral, 2021
3237

Sputnik.az

Bakı Atatürk Liseyi rəssam Pəri Minatürü məhkəməyə verib.

Bu barədə “Toplum TV”-yə Pəri Minatür məlumat verib.

O bildirib ki, fevralın 18-də məhkəmədən ona bildiriş gəlib.

Bildirişdə Bakı Atatürk Liseyinin Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə( böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) onu məhkəməyə verdiyi göstərilib.

Həmin maddənin sanksiyasına görə, rəssamı 1000 manatdan 1500 manatadək miqdarında cərimə, 240 saatdan 480 saatadək müddətə ictimai işlər yaxud da bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə gözləyir.

Pəri Minatürsə bildirir ki, lisey onu məhkəməyə verməklə yalan dediyini israr edir.

Bakı Atatürk Liseyi “Toplum TV”-nin mövzu ilə bağlı sorğusuna cavab verəcəyini bildirib.

Keçmiş siyasi məhbus Rüfət Səfərovsa öz “Feysbuk” hesabında Pəri Minatürü dəstəkləyərək ictimayyətin ona dəstək verməsini istəyib.

Bir müddət əvvəl  Pəri Miniatür  məktəb rəhbərliyinin onun fəaliyyinə əngəllər yaratması səbəbindən liseydən ayrıldığını bəyan etmişdi.

Rəssamın iddiasına görə, məktəb rəhbərliyinin soyuq münasibəti onun siyasi mövqeyilə bağlı olub.

Atatürk Liseyi isə rəssamın iddiasını təkzib edərək bu iddianı müəllimin şəxsi narazılığı ilə izah etmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo