Məhkəmə

“Baksol yolu”nda baş vermiş ölüm işi üzrə məhkəmə: “Ərazi iki aydan çox o vəziyyətdə qalıb”

3 Mart, 2026
261

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 28 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsü faktı üzrə başlanmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA-nın məlumatına görə, martın 3-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə veriblər.

Hadisə yerinin yaxınlığında obyekti olan şahid Səyyar Nuriyev bildirib ki, ərazidə çökmələr ötən ilin əvvəlindən baş verirdi və o, məsələ ilə bağlı bir neçə dəfə “Azərsu”nun qaynar xəttinə müraciət edib: “Hətta onlar yolun qarşısında təmir aparanda yaxınlaşıb problemi demişəm. Deyiblər ki, ərazidə təmir işləri apara-apara gəlirlər, yavaş-yavaş düzələcək. Yayılan məlumatlara görə, quraşdırılan dəmir məhəccərləri biz götürmüşük. Bunlar yalandır. Quraşdırılan dəmirlər az idi və ərazini tam əhatə etsin deyə ətrafına lent dolamışdılar. Həmin dəmirlər yerə tam bərkidilməmişdi. Onlar məhəccərlərin yerini mütəmadi özləri dəyişirdilər, aparırdılar".

Təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdov isə bildirib ki, məhəccərlər kifayət qədər olduğu üçün yerinin dəyişdirilməsinə ehtiyac olmayıb: "Sahibkar yalan deyir. Biz dəmirləri götürməmişik. Bizim digər ərazilərə kifayət edəcək qədər dəmirimiz vardı. Ora diktin tökülməsi təhlükə yaradırdı. Əgər çuxur olsa, bəlkə zərərçəkən görüb ora yaxınlaşmazdı. Hadisə baş verdikdək sonrakı gün bizim işçilər gördü ki, dəmirləri sahibkarlar yığıb öz obyektlərinə qoyublar. Hətta hazırda həmin yerə təmir materialları yığılıb".

Şahid kimi ifadə verən digər sahibkar Asif Həbibov isə bildirib ki, hadisə baş verən ərazi onun da obyektinə yaxındır: "Hadisənin tam şahidi olmamışam. Amma təqribən iki aydan çox o ərazi o vəziyyətdə qalıb. Mən də məcbur oldum, öz dəmirlərimlə ərazini mühafizəyə aldım. Bundan 1-2 həftə sonra onlar gəlib ərazini məhəccərlə bağladılar. Bu prosesdən 3-4 gün sonra öz dəmirlərimi ərazidən götürdüm. Çünki mən onları kirayə verməklə pul qazanırdım".

Növbəti proses martın 17-nə təyin edilib.

Ötən il iyun ayında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən Cümşüd Cümşüdlünün meyiti iyunun 28-də Hövsan qəsəbəsində kollektorda tapılmışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo