Açıq mənbələrdən götürülüb
Bakının Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən "Əbu-Bəkr" məscidi "Cümə məscidi" adı ilə fəaliyyət göstərəcək.
Ötən il məsciddə başlamış təmir-bərpa işləri hələ yekunlaşmayıb.
2021-ci ildə məsciddə bərpa-gücləndirmə işlərinin aparılması üçün 2 881,728 min manatlıq satınalma müqaviləsi imzalanıb.
Bakı Şəhər İcra Hakimiyyəti yanında "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC məscidin bərpası ilə əlaqədar yenidən tender elan edib.
https://toplum.tv/multimedia/mehkemenin-qadagan-etdiyi-sokuntunu-icra-hakimiyyeti-aparir
Adıçəkilən məscid 1997-ci ildə inşa olunub və 2008-ci ilə qədər fəaliyyət göstərib.
2008-ci ildə məsciddə baş verən terror nəticəsində 2 nəfər ölüb 18 nəfər yaralanıb.
Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da olub.
Azərbaycan polisi terror aktında İlqar Mollaçıyevin rəhbəri olduğu "Meşə qardaşları" qrupunu günahlandırmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir