Sosial

Əmək müqaviləsi olmadan işləyənlər - "Məqsəd vergilərdən və sosial ödəmələrdən yayınmaqdır"

24 İyun, 2022
2962

Açıq mənbələrdən göttürülüb

“Sifarişi çatdırarkən nərdivandan yıxılmışam, axsaya-axsaya işləmişəm”

Ramiz Bağırovun sözlərinə görə, uzun müddət əmək müqaviləsi əsasında iş yeri axtarsa da, tapa bilməyib. O, sonda minimal tələbatlarını ödəyə bilmək üçün müqavilə bağlamadan “Emalatxana” incənəsət məkanında işləməyə razılaşıb.

Ramiz deyir ki, işə qəbul olarkən ona şərtləri şifahi olaraq deyiblər: “Şərtlər müştərini gülərüzlə qarşılamaq, sifariş götürmək və onu müştəriyə çatdırmaq idi”.

Amma bir müddət sonra əlavə işlər də görməyə məcbur edildiyini söyləyir: “Gündəlik təmizlik, gələn ağır ərzaqları daşımaq, bəzən də müdirin şəxsi buyruqlarını yerinə yetirmək kimi işləri görməli olurdum”.

O bildirir ki, “Emalatxana”da işçilərin heç biri ilə müqavilə bağlanmayıb, hətta 16-17 yaşında işçilər də olub.

https://toplum.tv/multimedia/hokumetin-qenaet-menbeyi-hidayet-dayi-ve-zemine-xala

Ramizin söylədiyinə görə, iş yerində antisanitariya hökm sürüb, işçilərin xəsarət alması üçün potensial səbəblər olub.

“Özüm də dəfələrlə xəsarət almışam. Üç qaynar çay əlimə düşərək dağılıb və ya sifarişi çatdırarkən nərdivandan yıxılmışam, axsaya-axsaya işləmişəm. Mənimlə bərabər işçi yoldaşlarım da dəfələrlə iş başında xəsarət alıblar”.

Ramiz iddia edir ki, rəhbərlik bütün qayda pozuntularını rüşvət və “tanış dövlət işçisi” ilə son qoyurmuş.

“Emalatxana” incəsənət məkanının rəhbərliyi Ramiz Bağırovun səsləndirdiyi fikirlərə münasibət bildirməkdən imtina edib.  

DSK müqaviləsiz çalışanların statistikasını hazırlayır

Azərbaycanda əmək müqaviləsi olmadan işləyənlərin sayı haqqında konkret rəqəm söyləmək çətindir. Mütəxəssislər ölkədə əmək bazarının ən yaxşı halda 35-40 faizinin leqal olduğunu bildirirlər.

Dövlət Statistika Komitəsinin rəsmi saytında yerləşdirilən məlumata görə, qeyri-formal əməklə məşğul olanların sayı və hansı sektorları əhatə etməsinə dair məlumatların statistikası hazırlanma mərhələsindədir.

“Toplum TV”-nin bugünlərdə adi vətəndaşlar arasında keçirdiyi sorğudan aydın olur ki, gənclərdən tutmuş pensiya yaşına çatan şəxslərə qədər əksəriyyət əmək müqaviləsi olmadan işləyir. Onların bir çoxu məcburiyyət qarşısında belə bir seçim etdiklərini söyləyirlər. Sorğu zamanı bəlli olub ki, müqaviləsiz çalışanların çoxu tikinti və xidmət sektorunda çalışanlardır.   

“Məqsəd vergidən, sosial ödəmələrdən yayınmaqdır”

Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov işəgötürənlərlə işçilər arasında əmək müqaviləsi bağlanması üçün  çoxsaylı tədbirlər görüldüyünü deyir. Hərçənd ekspert görülən tədbirlərin o qədər də effektiv olmadığını düşünür.

“Bir çox işəgötürənlər hələ də əmək müqaviləsi bağlamır. Onlar işçilərlə ya əmək münasibətlərini rəsmiləşdirmirlər, ya da mülki-hüquqi müqavilə bağlayırlar. Burada məqsəd vergilərdən və sosial ödəmələrdən yayınmaqdır”.

Sahib Məmmədov - Açıq mənbələrdən götürülüb

Sahib Məmmədov bunun qarşısını almaq üçün dövlətin iki istiqamətdə tədbirlər həyata keçirdiyini söyləyir: məcburetmə və stimullaşdırma.

“Məcburetmə tədbirlərinə Əmək Məcəlləsinə dəyişiklik edilməsi, yüksək cərimələrin müəyyənləşdirilməsi, ASAN Xidmətin nəzdində monitorinq qrupunun yaradılması aid edilə bilər”.

Stimullaşdırıcı amillərə gəlincə, ekspert bunları deyir: “2019-cu ilin yanvarından qeyri-neft və özəl sektorda 8 min manata qədər maaş alan şəxslər gəlir vergisinə cəlb edilmir. Əvvəl gəlir vergisi  14% idi və maaş artdıqca o artırdı.

Sosial sığorta ödəməsi isə işçiylə işəgötürən arasında daha fərqli bölüşdürülür. 200 manata qədər 3% və 200 manatdan çox olan hissədə işəgötürənlə işçi arasında 10 və 12% olmaqla bölünür. Bunları stimullaşdırıcı tədbir hesab etmək olar”.

https://toplum.tv/sosial/azerbaycanda-emek-munasibetleri-mecelle-sanki-postkolxoz-dovru-ucun-nezerde-tutulub

Sahib Məmmədov bir daha bu tədbirlərin yetərincə effektiv olmadığını, əmək müqavilələrinin sayının cəmi 11% artdığını vurğulayır.

“Ölkədə minlərlə qeyri-formal, hüquqi və ya fiziki şəxs olmayan əmək kollektivləri fəaliyyət göstərir. Aqrar sektor demək olar ki, bütövlükdə qeyri-formal əmək sektorudur. Burada əmək münasibətlərini rəsmiləşdirmək mümkün deyil. Özünəməşğul insanlar var, əksəriyyəti körpülərin altında əməyini təklif edir və yaxud da kimsə sanitar qovşaq təmir edir. Bunun üçün onları kölgə iqtisadiyyatından açıq iqtisadiyyata gətirmək lazımdır. Əks halda məsələnin həlli mümkün deyil”,- ekspert belə söyləyir.

 Nazirlik: “Sadalanan problemlər tədricən aradan qaldırılacaq”

Hüquqşünas Azər Quliyev Azərbaycanda adətən ticarət sahələrində, otellərdə, şadlıq sarayları kimi yerlərdə əmək müqavilələri bağlanmadığına diqqət çəkir.

“İşçilərlə kütləvi şəkildə əmək müqaviləsi bağlamayan şəxslər cərimə, bəzi hallarda hətta cinayət məsuliyyətinə cəlb oluna bilər”.

https://toplum.tv/sosial/goygol-sakini-icra-numayendesinin-girmeye-qorxdugu-evde-biz-illerdir-yasayiriq

Hüquqşünasın sözlərinə görə, hazırda işəgötürənləri əmək müqaviləsi bağlamağa  təşviq edə biləcək elə bir mexanizm yoxdur. 

“İşəgötürən tibbi, sosial sığorta, vergi kimi məsələlərə görə əmək müqaviləsini bağlamaqda maraqlı deyil. Dövlət onları stimullaşdırmaq üçün vergi faizlərini azalda bilər. Qalan digər tədbirlər məcburidir və qanunla tənzimlənir”.

Azər Quliyev

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin açıqlamasına görə,  problem işəgötürənləri, həmçinin işçiləri maarifləndirmək yolu ilə həll oluna bilər.

“Maarifləndirmə tədbirləri isə müfəttişlik tərəfindən mütəmadi olaraq aparılır, işəgötürənlərlə görüşlər keçirilir”.

Nazirlikdən o da deyilir ki, sadalanan problemlər tədricən aradan qaldırılacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Məhkəmə yağışda evlərini su basan sakinlərin lehinə qərar verib

24 İyul 2026

Xəzər TV

Bir qrup paytaxt sakini yağış yağanda evləri və həyətlərini su basdığına görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini məhkəməyə verib.  "Azadlıq Radiosu"nun yazdığına görə, Binəqədi rayonu, 1-ci Mədən, 30-cu Korpus küçəsində yaşayan sakinlər sözügedən qurumdan əraziyə kanalizasiya xətti çəkilməsini tələb edib. Onlar ərizələrində bildirib ki, ərazidəki kanalizasiya xəttini illər öncə özləri kustar üsulla düzəldiblər və xətt artıq tamamilə yararsız vəziyyətdədir.  "İki gündən bir kanalizasiya xətləri tutulur, çirkab suları küçəyə axır. Xüsusən yağış yağanda xətlərin tutulması ciddi problemlər yaradır. Boruların ölçüsü kiçik olduğuna görə yağış suları kanalizasiya suları ilə birgə evlərə, həyətlərə dolur", - ərizədə qeyd olunub.  Bakı İnzibati Məhkəməsi sakinlərin...
Sosial

Hacı Vəliyev: "Azərbaycan hökuməti qan pulumu mənimsəməkdə israrlıdır"

15 İyul 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev əlillik təyinatının bərpa olunmamasından şikayət edir.  Onun bu barədə müraciəti iyulun 14-də sosial media hesabında dərc olunub.  "Mənə qarşı edilən işgəncələr, qeyri-insani rəftar, hüquq pozuntuları, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə almaq hüququmdan məhrum edilməyim və əlillik təyinatımın artıq 2 aydır məqsədli şəkildə bərpa olunmaması səbəbilə özümü faktiki olaraq əsirlikdə hiss edirəm", - o qeyd edib.  H.Vəliyev xatırladıb ki, müharibədə bir gözünü itirməsi, digərinin isə ağır yaralanmasına baxmayaraq 2021-ci ildə ona yalnız müvəqqəti - 5 il müddətinə 2-ci qrup əlillik təyin olunub. Həmin müddət bu il tamam...

Seçilmiş Videolar

Toplum TV loqo