Sosial

Özünə qəsd edən qazi vəfat etdi - Nazirlik iddiaların əsassız olduğunu deyir

5 Sentyabr, 2022
2628

Açıq mənbələrdən götürülüb

Özünü yandıran I Qarabağ müharibəsi veteranı Həsənov Nazir Məmmədhəsən oğlu vəfat edib. 

Bu barədə sentyabrın 6-da Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, sentyabrın 4-də Ucar rayonu, Alpout kənd sakini, II qrup əlil Nazir Həsənovun yaşadığı evin həyətindəki özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən vəfat edib.

Onun  5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsində sentyabrın 5-də öldüyü bildirilib.

https://toplum.tv/multimedia/sikayetci-icra-bascisinin-tehdidi-ile-istefa-erizemi-yazdim

Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

Ailəsi "Toplum TV"-yə açıqlamasında qazinin intiharına səbəb kimi aldığı 2-ci qrup əlillik pensiyası və prezident təqaüdünün kəsilməsini göstərib.

Məsələ ilə bağlı açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) isə bu iddialrın əsassız olduğunu bildirib. 

Nazirliyin məlumatına görə, hələ 2021-ci ilin may ayında  N.Həsənova ümumi səbəbdən 5 il müddətinə əlillik təyin edilib. O, əlilliyə görə aylıq müavinətlə, həmçinin müharibə veteranı kimi aylıq təqaüdlə təmin edilib:

“Qeyd edirik ki, bəzi sosial şəbəkə səhifələrində və media orqanında N.Həsənovun əlilliyinin dayandırılması barədə qeyd edilənlər tamamilə əsassızdır. 

N.Həsənovun əyani müayinəsi zamanı müəyyən edilmiş, əlillik təyinatına əsas verən xəstəliyinin (baş-beyin xəstəliyi nəticəsində yaranan şəxsiyyət-davranış pozğunluqları) hərbi xidmətlə əlaqəsi olmadığına görə, ona qanunvericiliyə əsasən ümumi səbəbdən əlillik təyin olunmuşdu. Ötən dövrdə də bu qərarla bağlı heç bir narazılığı və müraciəti olmamışdır. Bir daha baş vermiş faciə ilə bağlı təəsüfləndiyimizi bildirir, mərhumun ailəsinə səbr diləyirik!”.

Nazir Həsənovun oğlu Mübariz Həsənov Toplum TV-yə deyib ki, o, ədalətin bərpa olunması üçün nə lazımdırsa, edəcək:

"Atam 10 ildir ki, hər ay 500 manat əlillik və 350 manat prezident təqaüdü alırdı. 1 il əvvəl Əlillərin Bərpa və Reabilitasiyası Mərkəzində komissiya təşkil olundu. Atama deyildi ki, aldığı xəsarətlər onda anadangəlmədir, buna görə də hərbi əlillik pensiyasını kəsdilər. Əvəzində 3-cü qrup mülki pensiya verdilər. Cəmi 120 manat pensiya və 80 manat veteranlıq pulu alırdı. Bu nə qərardır, niyə belə ediblər? Mənim atam Qarabağda vuruşanda nazirlər kef içində yaşayırdı. Belə ədalətsizlik olar?"

Mübariz Həsənov deyir ki, hadisə zamanı evdə ailə üzvləri olub. Atası bu hadisəni ailə üzvlərindən xəbərsiz edib:

"Evdəkilər onun hərəkətlərindən şübhələnib. Köynəyini çıxarıb həyətə düşüb, get-gəl etməyə başlayıb. Bir də görüblər ki, atam yanır, birtəhər söndürüb qurumlara zəng ediblər. Atam bu hadisəyə qədər müraciət etmədiyi qurum qalmayıb. Hər yerə yazıb, gedib, indi işi Şəki Apellyasiya Məhkəməsindədir. Başında, qulağında qəlpələr doludur. Komissiya görmürdü ki, bu qəlpələr anadangəlmə deyil?"

Mübariz Həsənov ailəsinin maddi durumlarının heç də yaxşı olmadığını, atasının bu problemlərə qədər isə normal dolanışıqlarının olduğunu deyir:

"Mən özüm də hərbidə işləyirəm. 682 manat mənim aylıq maaşım, 800 manat isə kreditimdir. Necə ödəyək? Evə bazarlıq etməyə atam qoymurdu ki, xirtdəyə qədər borcun içindəyik. Bizim durumumuza gəlib baxsınlar. Sahil Babayev nə istəyirdi mənim atamdan? İndi 200 manat atam, milyonlar isə Sahil Babayev kimi nazirlər bu dövlətdən alır. Niyə imkan vermirlər ki, bu ölkə, dövlət üçün canından keçənlər yaşasın? Hamısı cavabını alacaq".

Toplum TV mövzunu diqqətdə saxlayacaq.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

“Naxçıvan TV” əməkdaşları: “Bu qədər laqeyd münasibət görməmişik, etiraz aksiyasına hazırlaşırıq”

17 İyun 2026

Azərtac

Naxçıvan Dövlət Televiziyasının bir qrup əməkdaşı maaşların azaldılması, əmək hüquqlarının pozulması və idarədəki vəziyyətlə bağlı narazılıqlarını ifadə edərək, Naxçıvan Ali Məclisinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırdıqlarını bildiriblər. Əməkdaşlar bununla bağlı “Gündəlik Naxçıvan” vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, işçilər əmək haqqları aşağıdır və bu, müntəzəm narazılığa səbəb olur. “Naxçıvan Televiziyasının tarixində bəlkə də heç bir dövrdə əməkdaşlara qarşı bu qədər laqeyd münasibət müşahidə olunmayıb. Hazırda bir çox əməkdaş 450-500 manat əməkhaqqı ilə fəaliyyət göstərir. Onsuz da ağır olan sosial vəziyyət fonunda əməkdaşların qanuni hüquqlarının məhdudlaşdırılması kollektivdə narazılığı daha da artırır”, - müraciətdə bildirilir. Əməkdaşlar əsas problemlərdən biri kimi...
Sosial

Azərbaycan məhbus sayında Avropanın ikincisidir: alternativ cəzalar niyə işləmir?

15 İyun 2026

Açıq mənbə

Azərbaycan hər yüz min nəfərə düşən məhbus sayına görə Avropa ölkələri sırasında ikincidir.  Bu, Avropa Şurasının 2025-ci il üzrə “Avropada həbsxanalar və məhbuslar” adlı illik hesabatında öz əksini tapıb.  Hesabatda bildirilir ki, Azərbaycanda hər 100 min nəfərə 271 məhbus düşür. Bu göstərici ilə Azərbaycan yalnız hər yüz min nəfərə 458 məhbusun düşdüyü Türkiyədən geri qalır. Azərbaycan həbsxanalarında hər 100 yerə isə 98 məhbus düşür. Azərbaycan bu göstərici ilə Avropa ölkələri sırasında 17-ci yerdədir. Vəkil Fariz Namazlı “Toplum TV” - yə deyir ki, bunun birinci səbəbi həbs cəzasına üstünlük verən cəza siyasətidir. “2025-ci ilin əvvəlində Azərbaycanda 27,673 məhbus olub. Bu, hər...

Seçilmiş Videolar

Toplum TV loqo