Qaynar xətt

Şikayətçi əmlakını düzgün yazdığını, rəsmilər isə gizlətdiyini iddia edir

31 Oktyabr, 2022
1876

Açıq mənbələrdən götürülüb

“Ailəmizdə heç kim işləmir. İş olanda torpaq sahələrində fəhləlik edib 5-10 manat pul qazanıram. 3 az yaşlı övladım var. Ünvanlı sosial yardım ala bilmək üçün aidiyyatı quruma 3-4 dəfə müraciət etmişik. Hamısında da imtina cavabı almışıq. İmtinaya səbəbin nə olduğu isə bizə qaranlıqdır”.

Bunu Toplum TV-nin qaynar xəttinə Goranboy rayonu Baxçakürd kənd sakini İsrafil Xuduyev deyib.

Şikayətçi bildirir ki, oktyabrda böyük ümidlə bir daha həyat yoldaşı Ayşən Xuduyevanın adından ünvanlı sosial yardım almaq üçün aidiyyatı quruma müraciət ediblər və cavab gözləyirlər.

“Ata anamdan qalma köhnə bir evim var. Ailəmlə orada yaşayırıq. Üç azyaşlı övladım var. Uşaqlarıma çörək almağa pul tapmıram. Nə mal qaramız var, nədə ki, təsərrüfatımız. Hər dəfə müraciətimizdən sonra evimizə, yaşayış şəraitimizə baxmaq üçün yoxlama gəlib. Hər dəfə də imtina verilib. Bizə qarşı haqsızlıq edilir. Anam və atam rəhmətə getdiyi üçün onlardan qalan torpaq sahəsi və pay torpaq ortada qalmışdı. Düşündüm ki,
 bəlkə imtinaya səbəb bu olur. Buna görə də həmin torpağı öz adıma çevirdim.  O torpaqdan da bir gəlirimiz yoxdur. Ünvanlı sosial yardım üçün müraciətimdə də bunları qeyd etmişəm. Yenə də imtina gəlir. İndi oktyabr ayında etdiyimiz müraciətin cavabını gözləyirik. Ümid edirik ki, bu dəfə bizə qarşı haqsızlıq olamayacaq”.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sorğumuza cavab olaraq bildirdi ki, ailə əmlakı barədə məlumatı düzgün qeyd etmir, buna görə də imtina cavabı verilir:

“Goranboy rayon sakini Xuduyeva Ayşən Rəsul qızının ünvanlı sosial yardımla bağlı 04.10.2022-ci il tarixli müraciətinə əsasən ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinə zamanı ailənin əmlakı barədə məlumatın ərizədə düzgün qeyd edilmədiyi müəyyən edilib və bu səbəbdən vətəndaşın müraciətinə imtina cavabı verilib. Bu barədə Aysən Xuduyevanın ərizə-bəyannamədə qeyd olunan əks-əlaqə vasitəsinə məlumat göndərilib”.

Şikayətçi isə iddia edir ki, bütün mülkü barədə ərizədə düzgün məlumat verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Qaynar xətt

“Mənə dedi ki, qardaşım polisdir, heç kim mənə toxuna bilməz"

16 Yanvar 2025

açıq mənbədən götürülüb

Bir qrup vətəndaş "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti tərəfindən aldadılmaları ilə bağlı polisə şikayət edib. Zərərçəkənlərin 11 nəfər olduğu bildirilib (Turan). Adının açıqlanmasını istəməyən zərərçəkən bildirib ki, 2024-cü ilin iyulunda öz evinin rekonstruksiyası üçün "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti ilə rəsmi müqavilə bağlayıb  və onlara 44 min manat ödəyib. Onun szölərinə görə müqaviləyə əsasən, işlər sentyabrın 15-dək başa çatmalı olsa da, evdə heç bir iş görülməyib.  “Polisə şikayət etməkdən başqa çarəm yox idi. O, mənə dedi ki, qardaşım polisdir, heç kim mənə toxuna bilməz", şikayətçi deyib. Şikayətçinin sözlərinə görə, Samir Umudovun barəsində cinayət işi açılsa da, hələlik heç bir irəliləyiş yoxdur.  Samir...
Qaynar xətt

Keçmiş XTQ-çilər Prezident Administrasiyası önündə aksiya keçiriblər: “Haqqımız yeyilir”

26 Noyabr 2024

Toplum TV

Noyabrın 26-da Xüsusi Təyinatlı Qüvvələrin bir qrup keçmiş hərbçisi Naxçıvandan gələrək Prezident Administrasiyası önündə etiraz aksiyası keçirib. Onlar İkinci Qarabağ müharibəsi zamanı xəsarət aldıqlarını, amma hələ də kompensasiyalarını ala bilmədiklərini deyirlər. Keçmiş hərbçilər problemlərini demək üçün rəsmi şəxslərdən görüşmək istəsələr də, buna imkan yaradılmayıb.  “Şəxsən mənə ayrılmış pul 36 aylıq əmək haqqıdır. Bu onu göstərir ki,  pulu yeyib talayıblar ki, pulu gecikdirirlər”, - etirazçılardan Kamran İbrahimov deyir.  Digər etirazçı Seymur Məmmədov isə artıq üçüncü dəfədir gəldiyini və probleminin hələ də həll edilmədiyini söyləyir: “Hər dəfə gələndə yola 300 manat pul  gedir. Niyə mənim haqqımı vermirlər? Bizi aciz edirlər?” Polis keçmiş...

Seçilmiş Videolar

Toplum TV loqo