Açıq mənbələrdən götürülüb
İcbari Sığorta Bürosuna (İSB) edilən kiber hücumu aşkar etmək mümkün olmayıb.
Bu barədə iyunun 20-də APA-ya açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
Onun sözlərinə görə, İcbari Sığorta Bürosunun nə şəbəkə, nə informasiya sistemi, nə də istifadə edilən internet sistemi “Aztexnet”lə əlaqəli deyil.
"Kiber təhlükəsizliyin təmini ilə bağlı İSB-dən hər hansı müraciət daxil olmayıb. Ona görə də quruma edilən kiber hücumu aşkar etmək imkanımız olmayıb”, - deyə o qeyd edib..
https://toplum.tv/sosial/hekim-men-sehiyyede-ciddi-keyfiyyet-deyisikliyi-musahide-etmirem
Tural Məmmədov bildirib ki, “Aztexnet” sistemi vasitəsilə daha çox dövlət qurumlarının kiber təhlükəsizliyi təmin edilir. Amma sözügedən qurum Azərbaycan Mərkəzi Bankı vasitəsilə müraciət edərsə, onların kibertəhlükəsizliyini həyata keçirmək mümkündür.
Bir müddət əvvəl İSB-nin sisteminə haker qrupu tərəfindən hücum olunmuşdu. Qrup “DarkNet” internet resurslarında dövlət qurumlarına aid avtomobillərlə bağlı datanı dərc etmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib