Sosial

2026-cı il bahalaşma ilə başlayıb

23 fevral, 2026
384

Foto: açıq mənbə

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar ayı üzrə qiymət monitorinqinin nəticələrini açıqlayıb. Hesabata görə, 2025-ci ilin yanvarı ilə müqayisədə mal və xidmətlərin ümumi qiymət indeksi 5,7 faiz artıb. Qida məhsulları və içkilərdə isə artım daha yüksək olub - 7,1 faiz.

Hüsabatdan görünür ki, qida inflyasiyasının hazırkı səviyyəsi ötən illə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, 2025-ci ilin yanvarında illik qida inflyasiyası təxminən 5 faiz idi. Müstəqil ekspertlərin fikrincə, qarşıdakı aylarda inflyasiyanın cilovlanması istiqamətində təsirli addımlar atılmasa, 2026-cı ildə xüsusilə ərzaq məhsullarında son illərin ən sürətli bahalaşması müşahidə oluna bilər.

Ötən ilin yanvarı ilə müqayisədə 2026-cı ilin ilk ayında ən zəruri və kütləvi istehlak olunan məhsullar üzrə qiymət artımı belə olub:
Yumurta - 29,7%
Qoz - 27,1%
Fındıq - 25%
Spirtli içkilər - 20–25%
Konservləşdirilmiş mal əti - 18%
Dondurulmuş balıq - 13,8%
Şokolad məhsulları – 12,4%
Mal əti – 12%
Günəbaxan yağı – 11,8%
Portağal – 10,4%
Alma – 10,4%
Zeytun yağı – 9,5%
Təzə balıq – 8%
Kərə yağı – 7,8%
Çay – 7,4%

Ekspertlər qida məhsullarının bahalanmasında idxal xərclərinin artımını əsas faktor kimi göstərirlər. Gömrük statistikasına əsasən, 2025-ci ildə idxal qiymətləri üzrə orta artım 25 faizə yaxın olub. Müqayisə üçün, qonşu Georgiada idxal qiymət indeksinin artımı 2,5 faiz təşkil edib.

Mütəxəssislərin fikrincə, bir tərəfdən idxal əməliyyatları üzrə yüksək vergi və rüsum yükü rəsmi sənədlərdə idxal dəyərinin artımına təsir göstərir və biznesin xərclərini yüksəldir. Digər tərəfdən, idxal seqmentində rəqabət mühitinin zəif olması bəzi məhsullar üzrə daha yüksək mənfəət marjası tətbiqinə şərait yaradır. Nəticədə əlavə xərclər pərakəndə satış qiymətlərinə ötürülür.

2025-ci ilin xarici ticarət göstəricilərinə görə, kiloqram hesabı ilə kartofun idxal qiyməti 33 faiz, kərə yağının 26 faiz, bananın 21 faiz, qarğıdalı yağının isə 14,5 faiz artıb.
Bu tendensiya pərakəndə satış şəbəkələrində də özünü göstərir. 2026-cı ilin yanvar ayı üzrə qiymət müşahidəsinə əsasən, idxal mənşəli məhsulların bahalaşma tempi yerli alternativlərlə müqayisədə daha yüksək olub. Məsələn, yerli istehsal olan kolbasa və sosiska məhsullarında qiymət artımı 5–6 faiz təşkil etdiyi halda, idxal məhsullarında bu göstərici təxminən 10 faizə çatıb. Eyni vəziyyət kərə yağında da müşahidə olunur: yerli məhsul təxminən 4 faiz, idxal yağı isə 10 faizə yaxın bahalaşıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo