Sosial

Fermerlər üçün yeni qayda: hökumət onların da sosial sığorta ödənişlərini artırır

2 Noyabr, 2025
551

Foto: açıq mənbədən götürülüb

Hökumət 2026-cı ildən etibarən torpaq mülkiyyətinə sahib fermerlər üçün sosial sığorta yükünü artırmağı planlaşdırır.

Artıq bununla bağlı sosial sığorta qanunvericiliyinə edilən dəyişikliyin müzakirəyə çıxarılcağı da gözlənilir.

Mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatına yararlı torpaq sahəsinə malik fiziki şəxslər aşağıdakı dərəcələrlə sosial sığorta haqları ödəyirlər:

• Torpağın sahəsi 5 hektara qədər olduqda- minimum aylıq əməkhaqqının 2 faizi miqdarında;

• 5 hektardan 10 hektaradək olduqda - minimum aylıq əməkhaqqının 6 faizi miqdarında;

• 10 hektardan yuxarı olduqda - minimum aylıq əməkhaqqının 10 faizi miqdarında.

“Sosial sığorta haqqında” Qanuna görə, torpaq bir neçə ailə üzvünün mülkiyyətindədirsə, əmək qabiliyyətli, əlilliyi olmayan və başqa sahədə işləməyən hər bir şəxs üçün sosial sığorta haqqı ayrıca ödənilməlidir.

Məsələn, əmək qabiliyyətli yaşda olan üç nəfərlik ailə iki hektar torpağa sahibdirsə, minimum əmək haqqının 6 faizi həcmində, yəni hazırki qüvvədə olan minimum maaşla ildə bir dəfə 24 manat sosial sığorta ödənmməlidir. 

Əgər ailədə əmək qabiliyyətli şəxslərin sayı beşdirsə, bu məbləğ 40 manata yüksəlir.

Yeni dəyişiklik isə fermerlərin, xüsusilə xırda fermelərin sığorta yükünü xeyli artırmağı nəzərdə turur. Belə ki, beş hektara qədər torpağı olanlar artıq minimum aylıq əməkhaqqının 5 faizə qədər ödəməli olacaqlar. 

Bu, əvvəlki sığorta yükündən 2,5 dəfə çoxdur. Yəni hər bir nəfər üçün artıq 8 manat yox, 20 manat ödəyəcəklər.

Bundan əlavə, beş hektardan on hektaradək torpağı olanlar minimum aylıq əməkhaqqının 7,5 faizi (əvvəlki 6 faiz), on hektardan çox torpağı olanlar isə minimum aylıq əməkhaqqının 12,5 faizi (əvvəlki 10 faiz)  miqdarında sosial sığorta haqqı ödəyəcəklər.

Rəsmi göstəricilərə əsasən, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq mülkiyyətçilərinin sayı 1,3 milyona yaxındır. Onların təxminən 60 faizinin sərəncamında olan torpaq sahəsi 1,5 hektardan azdır.

Yəni, sığorta yükü 2,5 dəfədən çox artan torpaq mülkiyyətçilərinin sayı 100 minlərlə ölçülür.

Beləliklə, sosial sığorta yükü 2,5 dəfədən çox artacaq torpaq mülkiyyətçilərinin sayı yüz minlərlə nəfəri əhatə edəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo