Sosial

Valideyn: “7-8 ay heç kim maraqlanmır ki, bu əlil nə yeyib-içir?”

28 aprel, 2026
144

RFE/RL

Hüquq müdafiəçisi Əhməd Rəhmanovun autizm sindromundan əziyyət çəkən oğlunun yanvar ayında 18 yaşı tamam olub. Bu zaman onun əlilliyə görə, valideynlərinin isə əlilliyi olan şəxsə qulluğa görə aldıqları müavinətlərin verilməsi dayandırılıb. 

Azərbaycan qanunvericiliyinə görə, 18 yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxslərə təyin edilən müavinəti həmin şəxslərin qəyyumları ala bilər. Şəxsin fəaliyyət qabiliyyəti olmadığını isə məhkəmə müəyyən edir. Ə.Rəhmanov isə “Toplum TV”-yə deyir ki, qəyyumluğa yalnız uşağın 18 yaşı tamam olduqda müraciət etmək mümkündür və onun təyin olunması bir neçə ay çəkir.

“Mart ayının 16-sı məhkəmə olub. İndi nə vaxt məhkəmə qərarı yazacaq, nə vaxt onu göndərəcək icra hakimiyyətinə, nə vaxt icra bizi çağırıb tibbi komissiyaya göndərəcək, komissiyadan gələndən sonra icra qəyyumluğu nə vaxt təyin edəcək… Bunlar nə vaxt olacaq, mən bilmirəm”, - o deyir.

Ə.Rəhmanovun sözlərinə görə, eyni problemlə üzləşən başqa əlil valideynləri də var. 

“Məsələn, mən adam tanıyıram ki, noyabrda ekspertizaya müraciət edib, yanvarın ortalarına qədər onun cavabı çıxmamışdı. Ekspertiza deyir, işimiz çoxdur və s. Ümumən, bu proses gəlir ən azı 7-8 ay çəkir. Məsələn, dünən mən sosial şəbəkədə bu barədə paylaşanda əlillərdən biri yazdı ki, şəxsən onun üçün bu proses il yarım çəkib”, - o qeyd edib.

“Autizmlə Mübarizə” İctimai Birliyinin sədri Çiçək Məmmədli isə əlil qızı üçün qəyyumluğu 7 aydan sonra ala bildiyini deyir. Lakin o əlavə edir ki, əsas problem ötən müddətdə yığılan, əlilə qulluğa görə müavinətin verilməməsidir. 

“Deyirəm, bəs 7 ayı niyə vermirsiniz? Deyir, ordakı tarix nədir, həmin pulu verə bilərik, ondan qabaqkı pulu verə bilmərik. Get, məhkəməyə müraciət elə. Getmişəm məhkəməyə, deyir DOST Agentliyindən bir arayış gətir ki, nəyə görə verməyib. Siz inanın, DOST agentliyindən mənə dedilər ki, gedin evə, sizə zəng gələcək. Bir arayış vermədilər ki, mən məhkəməyə müraciət edim. Bu qanun boşluqları kimə və nəyə lazımdır? Bu bir, ikincisi də qanunda niyə yazmırlar ki, ana uşağın avtomatik qəyyumudur. Onu niyə bu qədər imtahana çəkirsiniz? Niyə bu qədər yoxlayırsınız? Niyə illərlə saxlayırsınız? Kimə və nəyə lazımdır bunlar? Valideyni incitməkdən başqa bir şey deyil”, - o deyir.

Əhməd Rəhmanov deyir ki, müavinətlər aylarla ödənmədiyinə görə bankdan kredit götürən əlil valideynləri də var. 

“Bu 7-8 ay müddətində heç kimi maraqlandırmır ki, bu əlilliyi olan şəxs nə yeyir, nə içir?”, - o sual edir.

Əhməd Rəhmanov və problemlə üzləşən digər əlil valideynləri Dövlət Sosial Müdafiə Fondunda rəsmi qəbulda olsalar da, onlara problemin qanunlardan irəli gəldiyi, qurumun bununla bağlı müdaxilə imkanının olmadığı deyilib. Qurumun mətbuat xidmətindən suallarımıza cavab almaq isə mümkün olmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo