Siyasət

Jurnalist Əvəz Zeynallı vəfat edib

28 Sentyabr, 2026
28

şəxsi arxivi

“Xural TV" internet televiziyasının rəhbəri, jurnalist Əvəz Zeynallı sentyabrın 28-də vəfat edib.

Bu barədə həmkarları sosial mediada məlumat yayıblar. 

Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Jurnalist sonuncu dəfə 2025-ci ilin aprelində səhhəti ilə əlaqədar həbsdən azad edilib. Nizami Rayon Məhkəməsi onkoloji xəstəliyi səbəbindən onun cəzasının qalan hissəsini çəkməkdən azad olunmasına qərar vermişdi.

Jurnalist 2022-ci ilin sentyabrında saxlanılmışdı. 2024-cü il fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu rüşvət alma, dələduzluq və digər ittihamlarla 9 il azadlıqdan məhrum etmişdi. Həmin ilin dekabrında Ali Məhkəmə cəzanı 2 ay azaltmışdı. Zeynallı ittihamları rədd edir, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirirdi.

Əvəz Zeynallı bundan əvvəl də, 2011-ci il oktyabrın 28-də, o vaxt deputat olan Gülər Əhmədovanın şikayəti əsasında həbs edilmişdi. 2013-cü ilin martında rüşvət alma, vergidən yayınma və məhkəmə qərarını icra etməmə ittihamları ilə 9 il həbs cəzası alan jurnalist 2014-cü il dekabrın 30-da prezidentin əfv sərəncamı əsasında azadlığa buraxılmışdı. Hüquq müdafiə təşkilatları jurnalistin həbsini onun tənqidi yazıları ilə əlaqələndirirdilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Samirə Qasımlının işində “üzəduran” ifadəsi ekspertizaya göndərilib

28 Sentyabr 2026

sosial media

Siyasi psixoloq Samirə Qasımlının böhtan və təhqirdə ittiham olunduğu məhkəmə işində ekspertiza təyin edilib. Ekspertiza onun “Facebook” paylaşımlarındakı ifadələrin təhqir və ya şərəf və ləyaqəti alçaldan məzmun daşıyıb-daşımadığını müəyyənləşdirməlidir. “Azadlıq Radiosu” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Samir Nəsibov sentyabrın 25-də bu barədə qərar verib. İşə baxılması ekspertizanın nəticəsi açıqlananadək təxirə salınıb. Qasımlıdan şikayət edən Qurbanəli Yusibov onun həyat yoldaşı, həbsdə olan politoloq Azər Qasımlının cinayət işində zərərçəkmiş kimi tanınıb. Yusibov iddia edir ki, Samirə Qasımlı məhkəmə prosesi dövründə sosial şəbəkədə onun barəsində “üzəduran” və başqa ifadələr işlədərək böhtan atıb, şərəf və ləyaqətini alçaldıb. O, Qasımlının cinayət məsuliyyətinə cəlb...
Siyasət

AXCP: “Tərlan Baxışlı 20 sutka həbs edilib”

28 Sentyabr 2026

şəxsi arxivi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizami rayon şöbəsinin üzvü Tərlan Baxışlı inzibati qaydada həbs edilib. Bu barədə AXCP-nin yaydığı məlumatda deyilir. Məlumata görə, T.Baxışlı sentyabrın 26-da kirayə yaşadığı evdən çıxıb və sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. “Ailəsinin verdiyi məlumata görə AXCP Nizami rayon Şöbəsinin fəalı Tərlan Baxışlıya 20 sutka inzibati həbs cəzası verilib”, - məlumatda deyilir. Hazırda partiyanın sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox üzvü həbsdədir. Həsb olunanlar ittihamları rədd edirlər və həbslərinin siyasi fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.  Hüquq müdafiəçilərinin hesablamasına görə, Azərbaycanda 300-dən çox siyasi məhbus hesab edilən şəxs var.

Seçilmiş Videolar

Toplum TV loqo