Sosial

Səbahəttin Şimşir: “Türkiyə Rəsulzadəyə və mühacirlərə lazımınca yardım etmədi"
 

31 Yanvar, 2021
2961

sosial media

Aydın Balayev: "Azərbaycanda Cümhuriyyət banilərindən heç birinin məzarı yoxdur"

Aydın Balayev

FOTO: "Toplum TV"

“Əlbəttə ki, Məmməd Əmin Rəsulzadənin xatirəsi yetərincə yaşadılmır”, – tədqiqatçı alim, “Məmməd Əmin Rəsulzadə” kitabının müəllifi Aydın Balayev “Toplum TV”-yə belə deyir.

O, bu münasibətin bütövlükdə Cümhuriyyətə və onun qurucularına olan qısqanclıqdan irəli gəldiyini düşünür: “Təkcə bunu demək kifayətdir ki, özünü haqlı olaraq 1918-1920-ci illər Azərbaycan dövlətinin hüquqi varisi hesab edən müasir Azərbaycan Respublikası ərazisində Cümhuriyyət banilərindən heç birinin məzarı yoxdur. Azərbaycanın azadlıq və müstəqillik ideallarının həyata keçməsi üçün mümkün olan hər şeyi etmiş Rəsulzadə, Topçubaşov, Xoyski, Yusifbəyov, Ağayev və digər görkəmli şəxsiyyətlərin nəşi ən yaxşı halda vətəndən çox-çox uzaqlarda uyuyur. Burada, məncə, əlavə şərhə ehtiyac yoxdur”.


Aydın Balayevin qənaətincə, vəziyyəti dəyişmək üçün, sadəcə, siyasi iradə lazımdır: “Bu iradənisə zənnimcə, yaxın gələcəkdə gözləmək əbəsdir”.


Səbahəttin Şimşir: “Türkiyə dövlətinin həm Rəsulzadəyə, həm də Azərbaycan mühacirətinə lazımınca yardım etdiyini deməyimiz mümkün deyil”

Səbahəttin Şimşir

FOTO: Yeni Akit Qazeti


Türkiyəli tədqiqatçı, Rəsulzadə ilə bağlı kitabların müəllifi Səbahəttin Şimşir də bəzi fikirlərini bölüşüb.

O, siyasətçinin Türkiyədə yaşadığı dönəmə diqqət çəkir.


Tədqiqatçı həmin dövrdə təkcə Rəsulzadənin özünün yox, Azərbaycan mühacirətinin də bir xeyli problemləri olduğunu, bunlardan ən başlıcasının iqtisadi problemlər olduğunu bildirir: “1922-ci ilin sentyabrında Türkiyəyə mühaciət etmiş Rəsulzadə burada yaşayan azərbaycanlılarla tanış olduqdan sonra sıxıntıların iqtisadi problemlərdən əlavə dağınıq yaşamaqdan qaynaqlandığını aşkar edib. Daha sonra azərbaycanlıları bir dam altında birləşdirməkdən ötrü mübarizəyə başlayıb. Bunlar Rəsulzadənin Türkiyəyə gəldikdə qarşılaşdığı problemlərin ən başında gələnlərdir”.


Səbahəttin Şimşir Türkiyə dövlətinin Rəsulzadəyə yetərincə diqqət göstərməməsinə də toxunur: "Əlbəttə, o günün Türkiyəsində - ölkə İstiqlal Savaşından çıxmışdı, “Lozanna anlaşması” həyata keçməmişdi - dövlətin həm Rəsulzadəyə, həm də Azərbaycan mühacirətinə lazımınca yardım etdiyini deməyimiz mümkün deyil”.


O, konkret olaraq Məhəmməd Əmin Rəsulzadənin yaşadığı şəraitdən də söz açır: “Rəsulzadə 1947-ci ildə Avropadan Türkiyəyə ikinci gəlişindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin sədri olmasına baxmayaraq dövlətin onun üçün uyğun gördüyü hər bir işə razı olmuşdu. Ömrünün son illərini Türkiyədə keçirən Rəsulzadənin çardaq hesab olunan bir yerdə yaşaması onun iqtisadi vəziyyətinin heç də yaxşı olmadığını göstərir. Hətta ölümündən sonra həyat yoldaşı Leyla xanımın siçanların arasında yaşadıqlarını ifadə etməsi diqqətçəkən məsələdir”.


Ancaq tədqiqatçı M.Ə.Rəsulzadənin mühacirət illərində yaşadığı sıxıntılardan heç vaxt ruhdan düşmədiyini, Azərbaycanın müstəqillik mübarizəsini gələcək nəsillərə qoyduğu ən önəmli miras hesab edir.


Səbahəttin Şimşir hər şeyə rəğmən Rəsulzadənin həmin dövrdə əsərlər yazdığını, mübarizəni başqa bir formada davam etdirdiyini, “Azərbaycan Cumhuriyyəti, keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti” adlı əsər yazaraq 1918-1920-ci illər cumhuriyyətinin hesabatın hazırladığını deyir.
Tədqiqatçının fikrincə, Rəsulzadənin “Yeni Qafqaz” dərgisi, Azərbaycan Kültür Dərnəyi ilə başladığı mübarizə nəticəsində 1991-ci ildə Azərbaycan Respublikasının müstəqillyə gedən yolda mühacirlərin göstərdiyi fəaliyyətin də təsiri olub.

Bu baxımdan da o, azərbaycanlıların Rəsulzadəni unutmamasını labüd sayır.

Bu gün yanvarın 31-də Məmməd Əmin Rəsulzadənin anadan olmasından 137 il keçir.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo