Sosial

TƏBİB-dəki istefaların səbəbi nədir? – “Gözlənilən hadisə idi” 

13 Sentyabr, 2021
3646

Açıq mənbələrdən götürülüb

Sentyabrın 12-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı  öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. 

O, bu barədə “Tvitter” hesabında yazıb: 

"Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirirəm, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm”. 

TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev da istefa verib. O, vəzifəsindən ayrılmaq üçün ərizə ilə müraciət edib. 

"TƏBİB yeni yaradılmış strukturdur və onun fəaliyyətində həm uğurların, həm də çatışmazlıqların olması mümkündür". 

Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, istefanın səbəbilə bağlı açıqlama veriləcək: “Yeni rəhbərliyin isə işləri daha yüksək səviyyədə aparmasında və qarşısında duran vəzifələri yerinə yetirməsində daha səmərəli addımlar atacağını ümid edirəm”. 

Aydın Mirzəzadə - Açıq mənbələrdən götürülüb

Millət vəkili TƏBİB-in fəaliyyətini də dəyərləndirib: “TƏBİB yeni yaradılmış strukturdur və onun fəaliyyətində həm uğurların, həm də çatışmazlıqların olması mümkündür. Koronavirus pandemiyası təkcə Azərbaycan üçün deyil, dünya üçün çox böyük problemdir və bu problemin həlli yolları həm nəzəri, həm də praktiki yollarla axtarılır. Bu baxımdan TƏBİB müəyyən dərəcədə fəaliyyət göstərdi və o, təkcə koronavirusla mübarizə aparmırdı. Yerlərdə səhiyyənin təşkili, tibbi sığortanın tətbiqi ilə bağlı səhiyyə ocaqlarının işinin yenidən qurulması kimi fəaliyyətlərlə də məşğuldur. Bütün bunların hamısı Azərbaycan və bu işlərlə məşğul olan insanlar üçün yenidir. Hesab edirəm ki, Azərbaycan səhiyyəsi yeniliklərə hazırdır və həm uğurlarımızı, həm də çatışmazlıqlarımızı ümumiləşdirərək bu istiqamətdə daha yaxşı işlər görmək olar”. 

Vüqar Cavadzadə - ARB TV

"Bütün problemlərə görə Ramin Bayramlının günahlandırılması düzgün deyil"

İnfeksionist Vüqar Cavadzadə də düşünür ki, bütün problemlərə görə Ramin Bayramlının günahlandırılması düzgün deyil: “Yəqin, hansısa çatışmayan məqamlar olub ki, uzaqlaşdırılıb. Amma biz çatışmazlıqlarla bağlı hər şeydə Ramin Bayramlını günahlandıra bilmərik. Koronavirus sadəcə bizdə deyil ki, bu şəxsin bacarmadığını deyək. Pandemiya dünyanın 220-dən çox ölkəsində yayılıb. Azərbaycanda isə TƏBİB yarandıqdan bir müddət sonra pandemiya başladı. Yeni yaranan, maddi-texniki bazası tam formalaşmayan qurum birdən-birə çox ağır iş şəraiti ilə üz-üzə qaldı. Ona görə də TƏBİB-in fəaliyyətinin zəif olduğunu deməzdim. Bu qurumun tabeliyində 40-dan artıq tibb mərkəzi, laboratoriya koronavirus əleyhinə mübarizə üçün fəaliyyət göstərib. Nöqsanlar isə hər işdə mövcuddur”.  

Aydın Əliyev - Azadlıq Radiosu

"Yəqin, hansısa çatışmayan məqamlar olub ki, uzaqlaşdırılıb"

Həkim-radioloq Aydın Əliyev isə sözügedən istefaların gözlənilən olduğunu vurğulayır: “Biz dəfələrlə qeyd etmişdik ki, görülən işlərdə ciddi qüsurlar var. Yəqin ki, qurumun daxilində də bu cür problemlər mövcud olub. Biz bunun proqnozunu verdiyimiz üçün gözlənilən hadisə idi. İndi çalışıb həmin qüsurları aradan qaldırmaq lazımdır. Dövlətin büdcəsinə ziyan dəyirsə, bütün bu məsələlər ciddi araşdırılmalıdır”. 

Həkim pandemiya ilə mübarizə müddətində mövcud problemləri də sadalayıb: “Koronavirusla mübarizə aparılmasında işin təşkili, karantin qaydalarının tətbiqi, təchizat, xəstəxanalara pul qarşılığında xəstələrin yerləşdirilməsi, qaynar xətlərin işləməməsi, tapşırıqla saturasiyası 97-98 olan xəstələrin xəstəxanalara yerləşdirilib 80 saturasiya ilə təcili tibbi yardım maşınlarında boğulması kimi ciddi məsələrdə problemlər var idi və bunlar hələ də davam edir”.  

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

“Cinsi ayrı-seçkiliyə yol açan” fikirlərə görə “Xəzər TV“-yə xəbərdarlıq olundu

18 İyul 2025

Foto: Xəzər TV

Audiovizual Şura “Xəzər TV”-də yayımlanan "Qonaqcanlı" verilişi ilə bağlı telekanala xəbərdarlıq edib. Şuranın iyulun 18-də keçirilən onlayn iclasında 16 iyul 2025-ci il tarixdə yayımlanan proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub.  Yayımlanan buraxılışda səsləndirilən fikirlərin cinsi (gender) ayrı-seçkiliyə yol açdığı qeyd edilib. Şuranın məlumatında qeyd olunur ki, qeyd olunan proqramda kişi-qadın münasibətləri mövzusunda müzakirələr zamanı aparıcının "Evdə kimin səsi zildən çıxmalıdır? Kişinin yoxsa qadının?" sualına qonaq "Kişinin səsi zil çıxmalıdır da. Azərbaycan ailəsidir. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orda mənə elə gəlir ki, din-bərəkət yoxdur. Onu gərək xanımlar özləri bilələr ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Yəni ona görə qadın… Evdə əlbəttə,...
Sosial

Azərbaycanda uşaqların sayı azalır 

10 İyun 2025

Foto: açıq mənbə

Azərbaycanda uşaqların sayının azaldığı bildirilir.  Bu barədə məlumat Bakı Araşdırmalar İnstitutunun (BAİ) Dövlət Statistika Komitəsinə istinadən hazırladığı infoqrafikada öz əksini tapıb.  İnfoqrafikaya əsasən, 1990-cı ildə Azərbaycanda 17 yaşa qədər uşaqlar ölkə əhalisinin 38,5 %-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici təxminən 26 %-ə düşüb.  1990-cı ildə bu yaş qrupu üzrə əhalinin sayı 2 milyon 780 mindən çox olduğu halda, 2023-cü ildə 5,3 % azalaraq 2 milyon 633 min nəfərə düşüb.  Azalmanın daha çox qız uşaqları hesabına baş verdiyi müşahidə olunur. Oğlan uşaqlarının sayı ötən dövrdə 1,8%, qız uşaqları isə 9% azalıb. İqtisadçı Samir Əliyev bunun səbəbini ümumi nəsilvermə (fertillik) əmsalının...

Seçilmiş Videolar

Toplum TV loqo