Açıq mənbələrdən götürülüb
İyulun 4-ü Azərbaycan Tibb Universiteti (ATU) Tədris Cərrahiyyə Klinikasına müayinəyə gəlmiş qadın pasient özünü korpusun 10-cu mərtəbəsindən aşağı atıb. Nəticədə o, binanın 4-cü mərtəbəsinin eyvanına çırpılaraq vəfat edib.
Bu barədə Toplum TV saytına ATU-nun mətbuat xidmətindən məlumat verilib.
“Xəstənin öd daşı problem var idi. Amma niyə özünə qəsd edib, hələlik bilinmir. Bu barədə araşdırma gedir”, - universitetin sözçüsü Günel Aslanova açıqlamasında deyib.
Faktla bağlı cinayət işi açılıb. Hazırda istintaq davam edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”