Sosial

“Yanğınların ardıcıllığı və cəzasızlıq onların təsadüf olmadığını deməyə əsas verir”

14 May, 2026
155

Sosial media

Mayın 12-də Lökbatan qəsəbəsindəki anbarda başlayan güclü yanğın bir gün sonra söndürülüb. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuata dediyinə görə, yanğın nəticəsində ümumi sahəsi 46 min kvadrat metr (kvm) olan, müxtəlif təyinatlı malların saxlanıldığı anbarın 21 min kvm-lik sahəsi yanıb. Yanğının söndürülməsinə FHN-in 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. 

Mətbuatda yayılan xəbərlərə görə, anbardan “KontaktHome”, “Birmarket” və başqa şirkətlər istifadə edirmiş. 

Paytaxt ətrafındakı ticarət mərkəzləri və anbarlarda baş verən yanğınlar ilk hal deyil. Ötən ilin avqustunda “Sədərək” ticarət mərkəzində başlayan yanğın nəticəsində 800 kvadratmetrlik ərazidə yerləşən 20 mağaza yanıb. Müxtəlif vaxtlarda “Binə” və “Laçın” ticarət mərkəzlərində, “Maşın bazarı”, “8-ci kilometr bazarı” və digər ərazilərdə də ciddi maddi zərərlə nəticələnən yanğınlar qeydə alınıb.

Bu hadisələrdən sonra adətən FHN tərəfindən araşdırma aparıldığı bildirilsə də, nəticələr və ya hər hansı şəxsin məsuliyyətə cəlb olunması ilə bağlı ictimaiyyətə məlumat verilmir. Yanğınların ardıcıl şəkildə təkrarlanması isə sosial şəbəkələrdə onların qəsdən törədildiyi ilə bağlı şübhələrin yaranmasına səbəb olur.

Hüquqşünas və AXCP funksioneri Murad Sultanlı “Toplum TV”-yə deyir ki, yanğınların ardıcıllığı və cəzasızlıq onların təsadüf olmadığını deməyə əsas verir. 

“Əlbəttə ki, əlimizdə konkret faktlar yoxdur deyə kimisə ittiham edə bilmərik, amma bütün bu silsilə, ardıcıl yanğınlara görə hesab edirəm ki, bu hadisələr təsadüfi deyil. Ticarət mərkəzləri ictimai yerlərdir, orada ilkin yanğına müdaxilə alətləri, avadanlıqları, erkən xəbərdarlıq və yanğın söndürmək üçün sistemlər quraşdırılıb. Üstəlik, bu tip yerlərdə 24 saat mühafizə xidməti və kamera-nəzarət sistemi var, ola bilməz ki, bu yerlərdə yanğın baş qaldırsın və ona dərhal müdaxilə etmək mümkün olmasın və ya ən azından xəbərdarlıq siqnalı işə düşməsin”, - o qeyd edib. 

Hüquqşünas düşünür ki, yanğınlar iş adamlarını hədəf almaq məqsədilə törədilə bilər. 

“Ölkədə sərmayənin tək ələ keçirilməsi, monopoliya, azad sahibkarlığın faktiki olaraq mümkün olmaması, istənilən iş adamının istənilən an hər şeydən məhrum edilə bilməsi, mülkiyyət toxunulmazlığının olmaması və s. səbəblər bütün iş adamları üçün açıq risklər yaradır. Sərmayənin kontrol edilməsi, sahibkarlığın nəzarətə alınması dövlətin bütün qanuni, maddi imkanlarının bəlli bir çevrələrə xidmət etməsi bütün bu şəraiti yaradan əsas səbəbdir. Demokratiya təkcə siyasi hüquqlar deyil, eyni zamanda azad sahibkarlıq hüquqlarıdır. Bizdə isə heç biri yoxdur və bu, o deməkdir ki, ictimai-siyasi fəallar kimi iş adamlarının da hüquq və azadlıqları yoxdur”, - o əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo