Sosial

Vaksin gələcəkdə ciddi fəsadlara səbəb ola bilərmi? - Mütəxəssis sualları cavablandırır

12 İyul, 2021
3930

Sosial Media

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, alim Nuran Abdullayev peyvəndlərlə bağlı gündəmdə olan bir çox suallara cavab verib.
 
"Toplum TV" Nuran Abdullayevlə müsahibəni təqdim edir:
 
- Nuran bəy, bir çox tibb ekspertləri deyirlər ki, “Sinovac” vaksini zəifdir, ondan istifadə edənlər üçüncü doza RNT vaksini də vurdurmalıdırlar. Bildiyiniz kimi, “Sinovac” Azərbaycanda ən işlək vaksindir. Belə çıxır ki, əksəriyyət yenidən üçüncü doza vurduracaq?
 
- Bu barədə elmi tədqiqatlar olmasa da, “Sinovac”dan müəyyən ölkələr istifadə edib və ikinci dozadan sonra, xüsusən "Delta" variantında yoluxma hallarına rast gəlinib. Amma insanların xəstəliyi necə keçirtmələri, “Sinovac”ın "Delta" variantının neçə faiz effektiv olması ilə bağlı elmi məlumat hələlik yoxdur. Üçüncü doza vaksinin isə “Sinovac”ın zəif olması ilə əlaqəsi yoxdur. Biz onsuz da bilirdik ki, bunlar birinci nəsil peyvəndlərdir və davamı olacaq. Sadəcə, məlumatsız şəxslər ictimaiyyətdə doğru olmayan fikirlər səsləndirmişdilər. Onlar insanları yanlış istiqamətə yönəltmişdilər ki, guya 2 doza peyvənd vurdurursan, bununla da hər şey bitir. Üçüncü dozanın başqa peyvəndlə vurulması məsələsində isə yeni yaranan ştamların, immunitetin daha yüksək olması faktorlarının rolu olacaq.
 
- Vaksin əleyhdarlarının başqa bir arqumenti də odur ki, peyvənd gələcəkdə ciddi fəsadlara səbəb olacaq. Xüsusilə, RNT-si olan peyvəndlər haqqında deyilir ki, insanın DNT-sini dəyişir. Hətta peyvəndlərin sonsuzluğa səbəb olduğunu, hamiləliyinin sonlanmasına gətirib çıxardığını iddia edənlər də var.
 
- Peyvəndlərlə bağlı tədqiqatlar gizli şəkildə aparılmır ki, yan təsirləri də gizlədilsin. Bütün bu tətbiq edilən peyvəndlər 4-cü faza tədqiqatların tərkib hissəsidir. Yan təsiri olan, ağırlaşmalar yaradan peyvəndlər barədə ictimaiyyət xəbərdardır.

Nuran Abdullayev - Açıq mənbələrdən götürülüb


 
- Məncə, insanlar siz deyən kimi bilgili deyillər. Xüsusilə də, yuxarıda sadaladığım məsələlər barədə narahatdırlar.
 
- Sonsuzluq və DNT dəyişməsi kimi ağırlaşmalara bugünə kimi rast gəlinmədiyi üçün o barədə elmi tədqiqatlar yoxdur.
 
- "Bəs yan təsirlər" dedikdə nəyi nəzərdə tutursunuz?
 
- Məsələn, “AstraZeneca” az faiz nisbətilə beyin damarlarında tromb əmələ gəlmə riski yaradır. "Biontech/Pfizer" peyvəndinin ürək əzələsinin ciddi iltihabına səbəb olması barədə elmi tədqiqatlar var. Ümumiyyətlə, "mRNA" peyvəndlərinin - "Biontech/Pfizer" və "Moderna"nın yan təsiri kimi ürək əzələsinin iltihabı məsələsi müzakirə olunur. Lakin hazırda istifadə olunan peyvəndlərin elə bir yan təsiri olmayıb ki, faiz etibarilə effektivliyindən üstün olsun. Amma əvvəl bəzi peyvəndlərin elmi tədqiqat mərhələsindəcə ağırlaşma yaratdığı aydın oldu və tədqiqatı dayandırıldı.
 
- İkinci doza vaksinini vurduran şəxslər hələ də risk altındadır?
 
- Hər kəs bilməlidir ki, bizim vurdurduqlarımız birinci nəsil peyvəndlərdir. Müşahidələr onu göstərir ki, peyvənd vurulandan 6 ay sonra selikli qişa immuniteti aşagı düşür. Bu da o deməkdir ki, müəyyən formada yenidən yoluxmalar olacaq. Sadəcə gözləmək lazımdır ki, yoluxma nə qədər ağır olacaq. "Risk altındadır" demək doğru deyil. Adamlar onsuz da virusa yoluxa bilər, sadəcə, gözlənilən odur ki, çox yüngül simptomlarla keçirsinlər. Bu da bu gün tətbiq edilən peyvəndlərdə yüksək effektivliklə sübut edilib.
 
- Belə çıxır ki, pandemiya bitmədiyi müddətcə hər 6-12 aydan bir peyvəndlənmək lazım gələcək?
 
- Bəli, bu gün bu ssenarini elmi cəhətdən heç kəs inkar edə bilməz.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo