Araşdırma

Korrupsiometr-2: Siyasi büdcədən mənimsənilənlər

6 Sentyabr, 2022
956

Toplum TV-nin Korrupsiya Kalkulyatoru bu dəfə hökumətin mediaya ayırdığı vəsaitləri talayan sabiq məmurların varidatını hesablamağa çalışıb. 

Bizim Korrupsiya Kalkulyatoruna siz də töhfənizi verə bilərsiniz.  

(050) 2475506 nömrəli whatsapp xəttimizə, Facebook, İnstagram səhifələrimizə bildiyiniz rüşvət, korrupsiya halları barədə məlumat göndərin.  

Bu il mayın 3-də "Sərhədsiz Reportyorlar" Ümumdünya Mətbuat Azadlığı İndeksini yayıb. Azərbaycan 180 ölkə arasında 154-cü yerdə, yəni mətbuatı azad olmayan dövlətlər arasındadır.  

Buna baxmayaraq, dövlət rəsmiləri ölkədə media azadlığının tam təmin edildiyini söyləyir. Bunun üçün hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrıldığını vurğulayırlar. 

Elə həmin vəsaitlərin mənimsənilməsi işi üzrə həbslər 2021-ci ilin yanvarında başlanıb. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun(KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli həbs edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Araşdırma

Həbsdə olan şəxsin ev heyvanı ilə ünsiyyət hüququ necə tənzimlənir? - “Tribunat” araşdırıb

1 İyul 2025

Foto: sosial media

Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qəmbərova) saxlandığı Bakı İstintaq Təcridxanasında (BİT) Maks adlı iti ilə görüşünə icazə verilməməsindən şikayətçidir.  O, bununla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova açıq məktub yazıb.  “Qanunvericilikdə Maksla görüşməyimi qadağan edən heç bir müddəa yoxdur. Şəxsi həyat və heyvan haqları baxımından da bizim görüşməyimiz arzuolunandır. Lakin siz heç bir əsas gətirmədən bizim görüşümüzə icazə vermirsiz. Halbuki bu görüş şəxsi və ictimai baxımdan təhlükəli deyil, narahatlığa səbəb olmur. Siz bu qadağanızla mənim mənəvi əzab çəkməyimə, psixoloji sarsıntı keçirməyimə səbəb olursuz” - deyə jurnalist məktubunda bildirir. Bəs, həbsdə olan şəxsin azadlıqda sahib olduğu və...
Araşdırma

BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?
 

26 Oktyabr 2024

Globalwoodsmarketinfo.com

Rusiya Federasiyasının Kazan şəhərində keçirilən BRİCS zirvə toplantısı yekunlaşdı. Bu sammit həm iştirakçılığın kəmiyyəti və keyfiyyəti, həm üzvlük üçün müraciət edənlərin sayı, həm də mövcud beynəlxalq şərait baxımından qurumun tarixində ən çox diqqət çəkən toplantı oldu. Məlumdur ki, Rusiya öz geosiyasi ambisiyalarına uyğun olaraq BRİCS-i Qərb dünyasına qarşı alternativ qlobal güc mərkəzi qismində böyütmək və gücləndirmək niyyətindədir. Bu baxımdan Kazan sammitinə Moskva tərəfindən çox böyük əhəmiyyət verilirdi. Azərbaycan və Türkiyə üzvlük üçün müraciət etmişdilər deyə, tədbirin nəticələri bizim üçün də önəmli idi. Xatırladaq ki, təşkilat 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin (BRİC) tərəfindən təsis edilib. 2010-cu ildə Cənubi Afrika...

Seçilmiş Videolar

Toplum TV loqo