Araşdırma

Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində - video 

21 Avqust, 2022
1344

Ölkədə əksər təhsil qurumlarının mühafizə xidmətləri üzrə keçirilən tenderlərdə “GESCO” ASC qalib gəlib.

“GESCO” təkcə 2022-ci ildə dəyəri 4 milyon manatdan çox 29 müqavilənin 27-ni təhsil müəssisələri ilə bağlayıb. Bura universitetlər, orta ixtisas və peşə liseyləri, digər təhsil müəssisələri daxildir.

Məsələn, Bakı Dövlət Universiteti bu il mühafizə xidməti üçün “GESCO”ya yarım milyon manatdan çox vəsait ödəyəcək. 

Gesco ASC-nin həmtəsisçisi İlham Nağıyevdir.

İ.Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Əli Nağıyevin oğludur.

2014-cü ildə Bakı şəhərində keçirilmiş müəllimlərin imtahanlarının təşkili və mühafizəsi “GESCO” ASC-yə həvalə olunub.

Bu İ.Nağıyevin 2013-2016-cı illərdə Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin rəhbəri olduğu vaxta təsadüf edir. 

Deməli, Nağıyevin öz şirkəti elə özünün müdir olduğu şöbənin elan etdiyi tenderdə qalib gəlib. 

O vaxtdan bəri bu sifarişləri "GESCO" qazanır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Araşdırma

Həbsdə olan şəxsin ev heyvanı ilə ünsiyyət hüququ necə tənzimlənir? - “Tribunat” araşdırıb

1 İyul 2025

Foto: sosial media

Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qəmbərova) saxlandığı Bakı İstintaq Təcridxanasında (BİT) Maks adlı iti ilə görüşünə icazə verilməməsindən şikayətçidir.  O, bununla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova açıq məktub yazıb.  “Qanunvericilikdə Maksla görüşməyimi qadağan edən heç bir müddəa yoxdur. Şəxsi həyat və heyvan haqları baxımından da bizim görüşməyimiz arzuolunandır. Lakin siz heç bir əsas gətirmədən bizim görüşümüzə icazə vermirsiz. Halbuki bu görüş şəxsi və ictimai baxımdan təhlükəli deyil, narahatlığa səbəb olmur. Siz bu qadağanızla mənim mənəvi əzab çəkməyimə, psixoloji sarsıntı keçirməyimə səbəb olursuz” - deyə jurnalist məktubunda bildirir. Bəs, həbsdə olan şəxsin azadlıqda sahib olduğu və...
Araşdırma

BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?
 

26 Oktyabr 2024

Globalwoodsmarketinfo.com

Rusiya Federasiyasının Kazan şəhərində keçirilən BRİCS zirvə toplantısı yekunlaşdı. Bu sammit həm iştirakçılığın kəmiyyəti və keyfiyyəti, həm üzvlük üçün müraciət edənlərin sayı, həm də mövcud beynəlxalq şərait baxımından qurumun tarixində ən çox diqqət çəkən toplantı oldu. Məlumdur ki, Rusiya öz geosiyasi ambisiyalarına uyğun olaraq BRİCS-i Qərb dünyasına qarşı alternativ qlobal güc mərkəzi qismində böyütmək və gücləndirmək niyyətindədir. Bu baxımdan Kazan sammitinə Moskva tərəfindən çox böyük əhəmiyyət verilirdi. Azərbaycan və Türkiyə üzvlük üçün müraciət etmişdilər deyə, tədbirin nəticələri bizim üçün də önəmli idi. Xatırladaq ki, təşkilat 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin (BRİC) tərəfindən təsis edilib. 2010-cu ildə Cənubi Afrika...

Seçilmiş Videolar

Toplum TV loqo