DW
İndiyəcən 22 ölkə “AstraZeneca” şirkəti və Oksford Universitetinin birgə hazırladığı koronavirus peyvəndindən imtina edib.
"Reuters"in martın 17-də verdiyi məlumata görə, İspaniya, Fransa, Danimarka, Almaniya, Niderland, İslandiya, Norveç, İtaliya, Avstriya, Estoniya, Litva, Latviya, Bolqarıstan, Rumıniya, Tayland, İndoneziya və Lüksemburq “AstraZeneca” peyvəndinin istifadəsini müvəqqəti dayandırıblar.
Kanada, Portuqaliya, Cənubi Kipr, Sloveniya da Avropa Dərman Agentliyinin (EMA) tədqiqatları başa çatana qədər peyvəndin istifadəsini təxirə salıblar.
Azərbaycanın yaxın müddətdə İsveçdən 432 000 doza “AstraZeneca” peyvəndi almağı planlaşdırır.
Avropa Dərman Agentliyinin rəhbəri Emer Kooki “AstraZeneca” peyvəndinin qanda laxtalanmaya səbəb olması ilə bağlı heç bir sübutun olmadığını bildirib.
“Agentlik hələ də “AstraZeneca” peyvəndinin koronavirusun qarşısının alınmasında göstərdiyi faydaların, onun yan təsirlərindən çox olduğuna qətiyyətlə əmindir”, - deyə o qeyd edib.
“AstraZeneca"nın yan təsirlərinə dair EMA-nın tədqiqatının nəticələri martın 18-də təqdim olunacaq.
Ümumdünya Səhiyyə Təşkilatı bir müddət əvvəl “AstraZeneca” peyvəndinin zərərsiz olmasına dair açıqlama yaymışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”