Reuters
"Çin hərbi müdaxilə edəcəyi təqdirdə ABŞ Tayvan ərazisini müdafiə etmək və status-kvonun birtərəfli qaydada dəyişməsinin qarşısını almaq üçün Taypeyə kömək edəcək”.
”TASS" xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Yaponiyanın Baş naziri Fumio Kişida ilə Tokioda keçirdiyi birgə mətbuat konfransında deyib.
“Bunlar bizim üzərimizə götürdüyümüz öhdəliklərdir. Biz Tayvan boğazında sülhü və təhlükəsizliyi qorumağa sadiqik, status-kvonunun birtərəfli qaydada dəyişdirilməməsini təmin etmək niyyətindəyik”, - deyə Bayden bildirib.
Öz növbəsində Kişida Tayvan ətrafındakı vəziyyət kontekstində Yaponiyanın müdafiə qabiliyyətini artırmağa hazır olduğunu açıqlayıb. O qeyd edib ki, ölkənin müdafiə qüdrətinin artırılması planları Tokionun amerikalı müttəfiqləri tərəfindən dəstəklənib, əlavə təfərrüatlar daha sonra açıqlanacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”