ABŞ Çinlə rəqabət aparmaq üçün yüksək texnologiyaya 280 milyard dollar sərmayə qoyur
Rəsmi səhifə
ABŞ Prezidenti Co Bayden ölkənin texnologiya sahəsində Çinə uduzmasının qarşısını almaq üçün yüksək texnoloji istehsal və elmi tədqiqatlar üçün 280 milyard dollarlıq sərmayəni əhatə edən qanun layihəsi imzalayıb.
BBC xəbər verir ki, sərmayəyə ABŞ-da kompüter çipi fabrikləri tikən şirkətlər üçün vergi güzəştləri daxildir.
İşgüzar qruplar uzun müddətdir ki, Çindən asılılığın azaldılması zərurətini əsas gətirərək, daha çox dövlət dəstəyi almağa çalışırlar. Mikroçiplərin qlobal çatışmazlığı onların müraciətlərinin aktuallığını artırıb.
https://toplum.tv/dunya/cin-abs-la-bir-sira-sahelerde-emekdasligi-dayandirdi
Senatın demokrat üzvü Çak Şumer bildirib ki, qanun layihəsi Amerikanın növbəti əsrdə liderliyini və rifahını təmin edəcək.
ABŞ hazırda avtomobillərdən tutmuş cib telefonlarına qədər hər şeyin açarı olan yarımkeçiricilərin dünya tədarükünün təqribən 10%-ni istehsal edir, 1990-cı ildə bu rəqəm təxminən 40% idi.
Ölkə sənayeyə investisiya yatırmaqda tək deyil. Bu yaz Avropa İttifaqı kompüter çiplərinin istehsalını artırmaq üçün 40 milyard avrodan çox vəsait ayıracağını bildirərkən, Çin də elm və texnologiyaya investisiyalarını artırır.
Çinin Vaşinqtondakı səfirliyi yarımkeçiricilər haqqında qanun layihəsinə qarşı çıxıb və onun “soyuq müharibə zehniyyətini” xatırlatdığını deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”