Açıq mənbələrdən götürülüb
Tokio Olimpiya Oyunlarının təşkilatçısı Haruki Takahaşi tədbirin rəsmi sponsoru olan AOKI pərakəndə satış mağazasından rüşvət almaq işi üzrə saxlanılıb.
NHK telekanalının məlumatına görə, prokurorluq orqanlarınin göstərişi əsasında geyim sahəsində ixtisaslaşmış AOKI holdinqinin keçmiş rəhbəri Hironori Aoki, həmçinin şirkətin icraçı direktoru da saxlanılıb.
Tokio Olimpiya Oyunlarının təşkilat komitəsinin direktoru dövlət qulluqçusu sayılır və onun işi ilə bağlı fəaliyyətinə görə mükafat almaq hüququ yoxdur. Bu, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də qadağandır.
Rəsmilər hesab edir ki, təşkilat komitəsinə qoşulmazdan əvvəl Takahaşinin rəhbərlik etdiyi şirkət konsaltinq müqaviləsi əsasında AOKI holdinqindən 45 milyon yen (indiki məzənnə ilə 335 min dollar) məbləğində rüşvət alıb.
Tokio Olimpiya Oyunlarının təşkilat komitəsinə qoşulmazdan əvvəl Takahaşi Yaponiyanın ən böyük reklam agentliyi olan "Dentsu"-nun baş icraçı direktoru olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”