Açıq mənbələrdən götürülüb
Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişənin bütün tərəflərini atəşkəsə və dialoq yolu ilə sülhə nail olmağa çağırır.
"Reuters" xəbər verir ki, Çin XİN Rusiya Prezidenti Vladimir Putinin Donbassda referendumlar və qismən səfərbərlik barədə xalqa müraciətini belə şərh edib.
Rusiya Prezidenti xalqa müraciətində bildirib ki, Rusiyada çərşənbə günü, sentyabrın 21-dən etibarən qismən səfərbərlik elan edilir. Artıq bununla bağlı müvafiq sərəncam imzalanıb. Bu qərarın Rusiyanın suverenliyinin və bütövlüyünün qorunub saxlanılması zərurətilə verildiyini deyən dövlət başçısı yalnız ehtiyatda olan rusların hərbi xidmətə çağırılacağını vurğulayıb.
https://toplum.tv/dunya/putin-rusiyada-qismen-seferberlik-elan-etdi
Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə isə, səfərbərliyə artıq döyüş təcrübəsi olan ehtiyatdakı hərbçilər çağırılacaq. Bu kateqoriyaya həmçinin ordu üçün zəruri hərbi ixtisası olan şəxslər də daxildir.
Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə, ehtiyatda olan 300 min hərbçi çağırılacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”