Dünya

Dünyada qəhvə və şəkər defisiti yarana bilər

17 Sentyabr, 2021
2631

ZME Science

İqlim dəyişməsi səbəbindən bəşəriyyət qəhvə və şəkərin kəskin çatışmazlığı ilə üzləşə bilər. 

Bu barədə Stokholm Ətraf Mühit İnstitutunin alimlərinin məruzəsində deyilir. 

Elm adamlarının proqnozlarına görə, uzunmüddətli perspektivdə (2070-ci ildən 2099-cu ilə qədər) dünyada qarğıdalı yetişdirilməsi təxminən 27,2 faiz, düyü 8,1 faiz, soya 7,2 faiz azala bilər. Ən pis göstəricilər şəkər qamışı və qəhvəyə aiddir. Onların yetişdirilməsinin 58,5% və 45,2% azalacağı gözlənilir. Ən nikbin göstəricilər isə buğdaya aiddir: onun həcmi 13,9% arta bilər. 

Materialda deyilir ki, kənd təsərrüfatı iqlim dəyişikliyindən ən çox asılı sahədir. Bu zaman təkcə inkişaf etməkdə olan ölkələr deyil, zəngin dövlətlər də riskə məruz qalırlar. ABÇ, Çin və Braziliya iqlim risklərinin ciddi mənbəyi sayılırlar. İdxalçı ölkələr xüsusilə ciddi zərər görə bilərlər. Nümunə olaraq ABŞ-dan edilən idxaldan asılı olan Mərkəzi və Latın Amerikası, eləcə də Karib hövzəsi ölkələri göstərilib. Eləcə də Çindən məhsullar idxal edən Asiya və Afrika ölkələrindən söhbət gedir. Kiçik ada dövlətlərini təhlükə gözləyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo