Açıq mənbələrdən götürülüb
İslandiyada Yerin atmosferini karbon qazından təmizləyən zavod işə başlayıb. Layihə müəllifləri ümid edirlər ki, yeni texnologiya qlobal istiləşməni dayandırmağa kömək edəcək, amma zavod hələ ki, dünya miqyasında əhəmiyyətsiz miqdarda CO2 udmağa hazırdır.
BBC xəbər verir ki, bəzi ekspertlər Qlobal İstiləşmə problemini bu yolla həll etməyin mümkünlüyünə inanmır.
“Orka” adlı (island dilində “enerji” deməkdir) zavod atmosferi hər il 4 min tona qədər karbon qazından təmizləyəcək, bu da 790 avtomobilin buraxdığı qaza ekvivalentdir.
“Röyters” agentliyi bildirir ki, ötən il atmosferə 31,5 milyard ton karbon qazı buraxılıb. Bildirilir ki, yeni zavod kömürlə işləyən bircə istilik elektrik stansiyasının buraxdığı qazın 1 faizindən azını udmağa qadirdir.
Beynəlxalq enerji agentliyinin məlumatına görə, hazırda dünyada 15 belə zavod fəaliyyət göstərir və onların illik gücü cəmi 9 min ton təşkil edir.
Bununla belə, zavodu tikən "Climeworks" şirkətinin nümayəndələri hesab edirlər ki, bu texnologiyanın gələcəyi var: “Bu yeganə, unikal imkandır, amma onun tətbiqini xeyli genişləndirmək lazımdır”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar