Açıq mənbələrdən götürülüb
Hərarət 34°-dək artacaq
Milli Hidrometeorologiya Xidmətinun iyunun 3-nə gözlənilən hava şəraiti açıqlama verib. Bildirilir ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.
Havaların isti keçməsi ilə bağlı bu gün, iyunun 2-də Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Nazirlik havaların isinməsi ilə əlaqədar yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini vurğulayıb və təhlükəsizlik qaydalarına riayət edilməsinin əhəmiyyətini qeyd edib.
Qurum təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar