Earth.org
Əgər qlobal istiləşmə müşahidə olunan sürətlə davam edərsə, 2060-cı ildə bəşəriyyət planetar miqyasda fəlakətlə üzləşə bilər.
"Phys.org" platformasının məlumatına görə, bu fəlakət Antarktida buzlarının əriməsi ilə bağlı olacaq.
Alimlər hesablayıblar ki, əgər Antarktida buzlaqları saxladıqları bütün suyu buraxarlarsa, dünya okeanının səviyyəsi altmış metrdən çox qalxacaq. Bu halda çoxmilyonluq əhalisi olan şəhərlərin çoxu suyun altında qalacaq, bu da böyük bir fəlakətə gətirib çıxacaq.
“Buzlaqların əriməsi səbəbindən dəniz səviyyəsinin qalxmasına həsr olunan tədqiqatların müəllifləri əsasən Qrenlandiya və Arktikaya diqqət ayırırlar, halbuki Antarktida buzlaqlarında xeyli daha çox su var! Əgər qlobal istiləşmə indi müşahidə etdiyimiz sürətlə davam edirsə, artıq yaxın onilliklərdə Antarktidanın fəlakətli əriməsi olduqca ciddi problem olacaq”, - saytda dərc olunan yeni tədqiqatın müəllifləri yazır.
Bəşəriyyətin etməli olduğu yeganə şey – parnik qazları emissiyasının artan həcmi ilə mübarizə aparmaqdır. Bütün ölkələrin hökumətləri anlamalıdırlar ki, bu mübarizənin effektivliyi birgə səylərin davamlılığındadır. Bu gün ayrı-ayrı ölkələr digərlərinin səylərini heçə endirirlər və belə vəziyyət real iqlim fəlakəti təhlükəsi yaradır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar