CBC
Bernabi şəhərində son iki sutka ərzində təxminən 30 nəfər kəskin istilərdən ölüb.
CBC telekanalının məlumatına görə, Kanadanın Britaniya Kolumbiyası bögəsində baş verən rekord istilər nəticəsində qəfil ölüm hallarının qeydə alındığını bildirilir.
Hüquq mühafizə orqanları açıqlama verib ki, son 48 saat ərzində Vankuver, Bernabi və Surrey şəhərlərində yüzlərlə insan qəfildən vəfat edib. Ölənlərin çoxu yaşlı insanlardır.
Onların ölümünün kəskin istilərdən ola biləcəyi istisna edilmir.
Ən yüksək temperatur bazar və bazar ertəsi qeydə alınıb. 28 iyun tarixində Vankuverdən 150 km aralıda yerləşən Lytton şəhərində havanın hərarəti tarixi maksimuma - 47.9 selsi dərəcəyə çatıb. Digər bölgələrdə isə temperatur 40-45 dərəcə arasında dəyişib. Bəzi ərazilərdə son saatlarda hərarət düşüb, digərlərində isə isti hava şərait həftə sonunacan davam edəcək.
Ölkənin qərbində həddindən artıq isti hava şəraiti ilə əlaqədar əhaliyə tədbirli olmaq barədə xəbərdarlıq edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar