Dünya

Koronavirusa qarşı yeni vaksin - 96,4% effektivdir

12 Mart, 2021
1002

The Japan Times

Birləşmiş Ştatlarda istehsal olunan “Novavaks” vaksininin koronavirusa qarşı 96,4% effektiv olduğu məlum olub. 

"Röyters"in martın 11-də verdiyi xəbərə görə, vaksinin Britaniya ştammına qarşı da 86,3% effektiv olduğu müəyyən edilib. 

Vaksinin sınaqlarının üçüncü mərhələsi Böyük Britaniyada baş tutub. Tədqiqatda 18-84 yaş arası 15 mindən çox insan iştirak edib, bunların 27%-i 65 yaşdan yuxarı adamlar olub.

Şirkətdən verilən məlumata görə, “Novavaks” virusun ağır formalarına qarşı 100%-lik təsir göstərib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ Suriyanı “terroru dəstəkləyən dövlətlər” siyahısından çıxarıb

25 Avqust 2026

Tramp/"Truth Social"

Amerika Birləşmiş Ştatları 47 ildən sonra Suriyanı “terroru dəstəkləyən dövlətlər” siyahısından çıxarıb. ABŞ Maliyyə Nazirliyinin rəsmi internet saytında dərc olunan qərar prezident Donald Trampın iyulun 8-də Konqresə etdiyi müraciətdən sonra başlayan 45 günlük baxış müddətinin başa çatması ilə qüvvəyə minib. Qərardan sonra ABŞ-nin “terroru dəstəkləyən dövlətlər” siyahısında yalnız Kuba, İran və Şimali Koreya qalıb. Vaşinqtonun bu addımı Əhməd əş-Şaraa hökuməti ilə uzun müddətdir aparılan danışıqlardan sonra atılıb. “Reuters” agentliyinin məlumatına görə, Dəməşq terror siyahısından çıxarılma müqabilində Rusiya neftinin idxalını kəskin şəkildə azaltmağa razılıq verib. Trampın NATO Sammiti çərçivəsində Ankarada Əhməd əş-Şaraa ilə keçirdiyi görüşdə "Suriyanın yenidən qurulması yolundakı bütün maneələri aradan...
Dünya

Koçaryan və oğlu həbs olunub

25 Avqust 2026

Yerevan Today

Ermənistanın keçmiş prezidenti, "Ermənistan" alyansının lideri Robert Koçaryanın həbs olunduğu deyilir. "Armenpress"in məlumatına görə, bundan əvvəl eks-prezidentin evində axtarış aparılıb. Oxşar istintaq hərəkətləri onun oğlu, Milli Assambleyanın deputatı Levon Koçaryanın mənzilində də həyata keçirilib. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bildirilib ki, korrupsiya xarakterli cinayət işi çərçivəsində onlarca ünvanda axtarış və digər prosessual tədbirlər icra olunub. Qurumun sonradan yaydığı məlumata görə, Robert Koçaryan və onun digər oğlu Sedrak Koçaryan da daxil olmaqla ümumilikdə 6 nəfər saxlanılıb. Saxlanılan digər şəxslərin adları hələlik açıqlanmayıb. İstintaqın versiyasına görə, Robert Koçaryan vəzifə səlahiyyətlərindən istifadə edərək yaxın ətrafı ilə qabaqcadan əlbir olub və müxtəlif uydurma bəhanələrlə...

Seçilmiş Videolar

Toplum TV loqo