Dünya

ABŞ Məxfi Xidməti Trampın iqamətgahına daxil olmaq istəyən şəxsi öldürdüyünü deyir

23 fevral, 2026
100

Foto: The Washington Post

ABŞ Məxfi Xidməti və yerli polisin fevralın 22-də ov tüfəngi ilə silahlanmış bir şəxsi güllələyərək öldürdüyü bildirilir. 

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, həmin şəxs prezident Donald Trampa məxsus, Floridada yerləşən Mar-a-Lago iqamətgahına daxil olmağa çalışıb və mühafizə olunan perimetri pozub. 

Prezidentin həmin vaxt hadisə yerində deyil, Vaşinqtonda olduğu bildirilir. İstintaqla tanış bir mənbənin "Reuters" agentliyinə dediyinə görə, öldürülən şəxs Şimali Karolina ştatından olan 21 yaşlı bir gəncdir. 

2024-cü ildə Donald Tramp iki sui-qəsd cəhdinə məruz qalıb. Bunlardan biri Florida ştatında ona məxsus qolf kurortunda baş verib. Həmin hadisəni törətməkdə şübhəli bilinən şəxs bu ay ömürlük həbs cəzasına məhkum edilib.

Digər insidentdə isə Pensilvaniyada keçirilən seçki kampaniyası zamanı silahlı şəxsin açdığı güllə atəşi Trampın qulağını sıyırmışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”

5 noyabr 2026

sosial media

Ermənistan 2027-ci ildə də qonşu ölkələrlə münasibətlərinin normallaşdırılması və inkişafı istiqamətində addımlar atacaq. “Armenpress”in məlumatına görə, bunu noyabrın 5-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin daimi komissiyalarının birgə iclasında çıxışı zamanı bildirib. Mirzoyan qeyd edib ki, Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanmasına nail olmaqdır. “Bizim öhdəliyimiz Azərbaycanla sülh sazişinin ən qısa zamanda imzalanmasını, daha sonra isə ratifikasiya olunmasını təmin etməkdir. Bununla yanaşı, sülhü daha da möhkəmləndirən addımları və əməkdaşlığın genişləndirilməsini, o cümlədən ikitərəfli ticarəti davam etdirəcəyik”, - nazir vurğulayıb. Ermənistanın Türkiyə ilə münasibətlərinə də toxunan Mirzoyan iki ölkə arasında dialoqun fəal və səmərəli xarakter aldığını...
Dünya

Vens: “Seçkini İranla müharibəyə görə uduzduq”

5 noyabr 2026

sosial media

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasının aralıq seçkilərində ağır məğlubiyyətinin əsas səbəbinin İranla müharibə olduğunu bildirib. Vens bu barədə öz “X” hesabında paylaşım edib. O bildirib ki, keçirdiyi sorğuların nəticələrinə əsasən, problem Respublikaçı seçicilərin səsverməyə getməməsi deyil, 2024-cü ildə prezident Donald Trampa və ona səs verənlərin bir qisminin bu dəfə Demokratlara dəstək verməsidir. Vensin sözlərinə görə, seçicilərin narazılığına İranla müharibə, yaşayış xərclərinin və inflyasiyanın artması, eləcə də ABŞ-nin İsraillə münasibətləri səbəb olub. Vitse-prezident qeyd edib ki, müharibənin Respublikaçılar üçün siyasi nəticələri ağır olub və bu qərarın ölkəyə hansı bahasına başa gəldiyi barədə açıq danışmaq lazımdır. O, Respublikaçıları baş verənlərdən...

Seçilmiş Videolar

Toplum TV loqo