sosial media
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasının aralıq seçkilərində ağır məğlubiyyətinin əsas səbəbinin İranla müharibə olduğunu bildirib.
Vens bu barədə öz “X” hesabında paylaşım edib.
O bildirib ki, keçirdiyi sorğuların nəticələrinə əsasən, problem Respublikaçı seçicilərin səsverməyə getməməsi deyil, 2024-cü ildə prezident Donald Trampa və ona səs verənlərin bir qisminin bu dəfə Demokratlara dəstək verməsidir.
Vensin sözlərinə görə, seçicilərin narazılığına İranla müharibə, yaşayış xərclərinin və inflyasiyanın artması, eləcə də ABŞ-nin İsraillə münasibətləri səbəb olub. Vitse-prezident qeyd edib ki, müharibənin Respublikaçılar üçün siyasi nəticələri ağır olub və bu qərarın ölkəyə hansı bahasına başa gəldiyi barədə açıq danışmaq lazımdır.
O, Respublikaçıları baş verənlərdən nəticə çıxarmağa və partiyanın gələcək fəaliyyətinə diqqət yetirməyə çağırıb. Vens iqtisadi məsələlərlə bağlı seçki kampaniyası mesajlarının da kifayət qədər təsirli olmadığını etiraf edib.
Donald Tramp da müharibənin seçkilərdəki məğlubiyyətə təsir etdiyini qəbul edib. O, bununla belə, İrana qarşı hərbi əməliyyata başlamaq qərarından peşman olmadığını bildirib və müharibənin zəruri olduğunu vurğulayıb.
İranla müharibə qlobal neft təchizatına təsir göstərib və ABŞ-də yanacağın qiymətinin kəskin artmasına səbəb olub. Seçkilər zamanı keçirilən sorğuların nəticələrinə görə, seçicilərin təxminən 80 faizi inflyasiyanın onların həyatına mənfi təsir etdiyini bildirib. Respondentlərin 60 faizi isə yaşayış xərclərinin artmasına görə Tramp administrasiyasının siyasətini məsul tutub.
Noyabrın 3-də keçirilən seçkilər Donald Trampın ikinci prezidentlik müddətinin ilk aralıq seçkiləri olub. Seçkilər nəticəsində Demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu ələ keçirərək Respublikaçıların Konqres üzərindəki nəzarətinə son qoyublar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb