Agence France-Presse
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) tərk edəcəyini elan edib.
BƏƏ-nin energetika naziri Suheyl Məhəmməd əl-Məzrui aprelin 28-də "Reuters" agentliyinə bildirib ki, bu qərar ölkənin enerji strategiyalarına diqqətlə baxıldıqdan sonra qəbul edilib.
O əlavə edib ki, bu addım Hörmüz boğazındakı vəziyyətə görə bazara böyük təsir göstərməyəcək.
OPEC-ə daxil olan Fars körfəzi ölkələri iki aya yaxındır Hörmüz boğazı vasitəsilə neft ixraclarını həyata keçirməkdə çətinlik çəkirlər. Bu boğaz İran ilə Oman arasında yerləşən dar keçiddir və dünya üzrə neft və təbii qaz tədarükünün təxminən beşdə biri buradan keçir. İran ABŞ və İsrailin hücumlarına cavab olaraq boğazdan gəmilərin keçidini məhdudlaşdırıb, nəticədə dünya bazarlarında neftin qiyməti qalxıb.
BƏƏ 1967-ci ildən OPEC-in üzvüdür. 1960-cı ildə Bağdadda yaradılan OPEC-in məqsədi neft istehsal edən ölkələrdə hasilatı tənzimləməklə qiyməti sabit saxlamaqdır.
BƏƏ prezidentinin müşaviri Ənvər Qərqaş aprelin 27-də çıxış etdiyi forumda Fars körfəzi ölkələrini İranın hücumlarına qarşı birlik olmamaqda günahlandırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb