Dünya

“Reuters”: Hörmüz boğazının bağlanması Rusiyanın neft-qaz gəlirlərini 39 faiz artıra bilər 

21 may, 2026
144

AFP

Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirlərinin bu ay ötən ilin may ayı ilə müqayisədə 39 faiz artacağı gözlənilir. 

Bu, "Reuters" agentliyinin mayın 20-də dərc etdiyi hesablamasında öz əksini tapıb. 

Hesablamaya görə, Rusiyanın bu ay neft-qaz gəlirləri 700 milyard rubl (9,8 milyard ABŞ dolları) təşkil edəcək. 

Buna əsas səbəb kimi Hörmüz boğazının bağlanması nəticəsində artan enerji qiymətləri göstərilir. 

Neft-qaz gəlirləri Rusiya büdcəsinin təxminən beşdə birini təşkil edir. 

Ötən il federal büdcənin neft və qaz gəlirləri 24% azalaraq 8,48 trilyon rubla düşüb və bu, 2020-ci ildən bəri ən aşağı səviyyə olub.

Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlayıb. İran da qarşılığında dünya üzrə neft və təbii qaz tədarükünün təxminən beşdə birinin həyata keçdiyi Hörmüz boğazını əksər ölkələrin tankerlərinə bağlayıb. Nəticədə dünya bazarlarında neft və qaz qiyməti qalxıb. 

Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunsa da, İran Hörmüz boğazını bağlı saxlamağa davam edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”

5 noyabr 2026

sosial media

Ermənistan 2027-ci ildə də qonşu ölkələrlə münasibətlərinin normallaşdırılması və inkişafı istiqamətində addımlar atacaq. “Armenpress”in məlumatına görə, bunu noyabrın 5-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin daimi komissiyalarının birgə iclasında çıxışı zamanı bildirib. Mirzoyan qeyd edib ki, Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanmasına nail olmaqdır. “Bizim öhdəliyimiz Azərbaycanla sülh sazişinin ən qısa zamanda imzalanmasını, daha sonra isə ratifikasiya olunmasını təmin etməkdir. Bununla yanaşı, sülhü daha da möhkəmləndirən addımları və əməkdaşlığın genişləndirilməsini, o cümlədən ikitərəfli ticarəti davam etdirəcəyik”, - nazir vurğulayıb. Ermənistanın Türkiyə ilə münasibətlərinə də toxunan Mirzoyan iki ölkə arasında dialoqun fəal və səmərəli xarakter aldığını...
Dünya

Vens: “Seçkini İranla müharibəyə görə uduzduq”

5 noyabr 2026

sosial media

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasının aralıq seçkilərində ağır məğlubiyyətinin əsas səbəbinin İranla müharibə olduğunu bildirib. Vens bu barədə öz “X” hesabında paylaşım edib. O bildirib ki, keçirdiyi sorğuların nəticələrinə əsasən, problem Respublikaçı seçicilərin səsverməyə getməməsi deyil, 2024-cü ildə prezident Donald Trampa və ona səs verənlərin bir qisminin bu dəfə Demokratlara dəstək verməsidir. Vensin sözlərinə görə, seçicilərin narazılığına İranla müharibə, yaşayış xərclərinin və inflyasiyanın artması, eləcə də ABŞ-nin İsraillə münasibətləri səbəb olub. Vitse-prezident qeyd edib ki, müharibənin Respublikaçılar üçün siyasi nəticələri ağır olub və bu qərarın ölkəyə hansı bahasına başa gəldiyi barədə açıq danışmaq lazımdır. O, Respublikaçıları baş verənlərdən...

Seçilmiş Videolar

Toplum TV loqo