Dünya

Paşinyan “soyqırımı abidəsi”nin direktorunu Vensə Qarabağ müharibəsi haqda kitab verdiyinə görə işdən çıxarıb

12 mart, 2026
147

Foto/kollaj: Toplum TV

Ermənistan baş naziri Nikol Paşinyan Yerevanda yerləşən “Erməni Soyqırımı” Abidə-Kompleksinin direktorunu ABŞ vitse-prezidenti Ceyms Vensə Qarabağ müharibəsi haqda kitab verdiyinə görə işdən çıxardığını deyib. 

Daha öncə Ermənistan mətbuatında ötən ay Azərbaycan və Ermənistana səfər etmiş Vensin “soyqırımı abidəsi”nə ziyarəti zamanı direktor Edita Qzoyan tərəfindən Qarabağ müharibəsi haqda kitab hədiyyə aldığı və direktorun məhz buna görə işdən çıxarıldığı xəbəri yayılmışdı. 

Abidə-Kompleksin tabe olduğu Ermənistanın Təhsil Nazirliyi isə iddianı yalanlamış, Qzoyanın kompleksdəki təmir-bərpa işlərinə düzgün nəzarət etmədiyinə görə işdən çıxarıldığını bildirmişdi. 

Baş nazir martın 12-də keçirdiyi brifinqdə xəbəri təsdiqləyib və belə əsaslandırıb ki, Qzoyan Vensə bu kitabı hədiyyə etməklə Ermənistanın hazırki xarici siyasətinə zidd hərəkət edib. 

Paşinyan 1980-ci illərdə Sovet hakimiyyətini Dağlıq Qarabağı Ermənistana verməyə çağırmaq üçün başlayan Qarabağ Hərəkatının “davam etməməli” olduğuna inandığını bir daha təkrarlayıb. 

“Xarici qonağa Artsax [Dağlıq Qarabağ - red.] məsələsi haqqında kitab vermək nə deməkdir? Bu, təxribatdır. Bu ölkədə xarici siyasət yürütmək qabiliyyətinə malik neçə nəfər var? Ermənistanda hökumətin yürütdüyü xarici siyasətə zidd olan bəyanat verən hər hansı bir dövlət məmuru vəzifəsindən azad edilməlidir. Burada müzakirə ediləcək nə var ki?”, - o qeyd edib. 

Azərbaycan və Ermənistan ötən ilin avqustun 8-də Vaşinqtonda sülh müqaviləsini paraflayıblar. 

Paşinyan daha öncə də “erməni soyqırımı” haqda danışarkən erməni ictimaiyyətində mübahisə doğuran açıqlamalar verib. O, “soyqırımı” konseptinin məhz sovet hökuməti tərəfindən cəmiyyətə aşılandığını deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”

5 noyabr 2026

sosial media

Ermənistan 2027-ci ildə də qonşu ölkələrlə münasibətlərinin normallaşdırılması və inkişafı istiqamətində addımlar atacaq. “Armenpress”in məlumatına görə, bunu noyabrın 5-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin daimi komissiyalarının birgə iclasında çıxışı zamanı bildirib. Mirzoyan qeyd edib ki, Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanmasına nail olmaqdır. “Bizim öhdəliyimiz Azərbaycanla sülh sazişinin ən qısa zamanda imzalanmasını, daha sonra isə ratifikasiya olunmasını təmin etməkdir. Bununla yanaşı, sülhü daha da möhkəmləndirən addımları və əməkdaşlığın genişləndirilməsini, o cümlədən ikitərəfli ticarəti davam etdirəcəyik”, - nazir vurğulayıb. Ermənistanın Türkiyə ilə münasibətlərinə də toxunan Mirzoyan iki ölkə arasında dialoqun fəal və səmərəli xarakter aldığını...
Dünya

Vens: “Seçkini İranla müharibəyə görə uduzduq”

5 noyabr 2026

sosial media

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasının aralıq seçkilərində ağır məğlubiyyətinin əsas səbəbinin İranla müharibə olduğunu bildirib. Vens bu barədə öz “X” hesabında paylaşım edib. O bildirib ki, keçirdiyi sorğuların nəticələrinə əsasən, problem Respublikaçı seçicilərin səsverməyə getməməsi deyil, 2024-cü ildə prezident Donald Trampa və ona səs verənlərin bir qisminin bu dəfə Demokratlara dəstək verməsidir. Vensin sözlərinə görə, seçicilərin narazılığına İranla müharibə, yaşayış xərclərinin və inflyasiyanın artması, eləcə də ABŞ-nin İsraillə münasibətləri səbəb olub. Vitse-prezident qeyd edib ki, müharibənin Respublikaçılar üçün siyasi nəticələri ağır olub və bu qərarın ölkəyə hansı bahasına başa gəldiyi barədə açıq danışmaq lazımdır. O, Respublikaçıları baş verənlərdən...

Seçilmiş Videolar

Toplum TV loqo