Dünya

Pentaqonun yaydığı "UNO faylları"nda Azərbaycanın da adı keçir

12 may, 2026
237

Açıq mənbə

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) mayın 8-də prezident Donald Trampın əmri əsasında “UNO faylları” kimi tanınan məxfi sənədlərin ilk partiyasını ictimailəşdirib. 

Açıqlanan sənədlərin birində Azərbaycanın da adı keçir. 

Belə ki, 1955-ci ildə hazırlanan bir hesabatda Hetevey soyadlı ABŞ ordusu zabitinin Bakı ətrafında yük vaqonlarından ibarət uzun bir qatar gördüyü təsvir edilir. Onun ifadəsinə görə, hər vaqonda bir taqım əsgər daşıya biləcək desant qayığı yerləşdirilib və onlar xüsusi forma geyinmiş şəxslər tərəfindən mühafizə olunub. 

Bakı üzərində bir reaktiv təyyarə də müşahidə olunub, amma çox hündürdə uçduğu üçün onun hansı təyyarə olduğunu müəyyən etmək mümkün olmayıb. 

Hesabatda əlavə olunur ki, zabitin tərkibində olduğu heyət mülki hava limanında eniş edib və şəhərə gedərkən yolda başqa bir hava limanını da müşahidə ediblər. “İnturist” mehmanxanasının bələdçisi isə onlara buranın hərbi təlimlər üçün nəzərdə tutulmuş hava limanı olduğunu deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”

5 noyabr 2026

sosial media

Ermənistan 2027-ci ildə də qonşu ölkələrlə münasibətlərinin normallaşdırılması və inkişafı istiqamətində addımlar atacaq. “Armenpress”in məlumatına görə, bunu noyabrın 5-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin daimi komissiyalarının birgə iclasında çıxışı zamanı bildirib. Mirzoyan qeyd edib ki, Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanmasına nail olmaqdır. “Bizim öhdəliyimiz Azərbaycanla sülh sazişinin ən qısa zamanda imzalanmasını, daha sonra isə ratifikasiya olunmasını təmin etməkdir. Bununla yanaşı, sülhü daha da möhkəmləndirən addımları və əməkdaşlığın genişləndirilməsini, o cümlədən ikitərəfli ticarəti davam etdirəcəyik”, - nazir vurğulayıb. Ermənistanın Türkiyə ilə münasibətlərinə də toxunan Mirzoyan iki ölkə arasında dialoqun fəal və səmərəli xarakter aldığını...
Dünya

Vens: “Seçkini İranla müharibəyə görə uduzduq”

5 noyabr 2026

sosial media

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasının aralıq seçkilərində ağır məğlubiyyətinin əsas səbəbinin İranla müharibə olduğunu bildirib. Vens bu barədə öz “X” hesabında paylaşım edib. O bildirib ki, keçirdiyi sorğuların nəticələrinə əsasən, problem Respublikaçı seçicilərin səsverməyə getməməsi deyil, 2024-cü ildə prezident Donald Trampa və ona səs verənlərin bir qisminin bu dəfə Demokratlara dəstək verməsidir. Vensin sözlərinə görə, seçicilərin narazılığına İranla müharibə, yaşayış xərclərinin və inflyasiyanın artması, eləcə də ABŞ-nin İsraillə münasibətləri səbəb olub. Vitse-prezident qeyd edib ki, müharibənin Respublikaçılar üçün siyasi nəticələri ağır olub və bu qərarın ölkəyə hansı bahasına başa gəldiyi barədə açıq danışmaq lazımdır. O, Respublikaçıları baş verənlərdən...

Seçilmiş Videolar

Toplum TV loqo