"Reuters": 'ABŞ-İran münaqişəsi qlobal şirkətlərə azı 25 milyard dollar ziyan vurub'
iStock
ABŞ və İsrailin İrana qarşı apardığı hərbi münaqişə qlobal şirkətlərə ümumilikdə azı 25 milyard ABŞ dolları dəyərində ziyan vurub.
Bu, "Reuters" agentliyinin analizində öz əksini tapıb. Rəqəmin artmağa davam etdiyi də deyilir.
Analizdə ABŞ, Avropa və Asiyada qeydiyyatda olan 279 şirkətin münaqişənin başlamasından bəri verdikləri korporativ bəyanatlar təhlil olunub. Şirkətlər ən çox artan enerji qiymətləri, təchizat zəncirlərinin pozulması və Hörmüz boğazının bağlanmasından əziyyət çəkirlər.
Təhlil göstərir ki, şirkətlərin əksəriyyəti ziyanı azaltmaq üçün müdafiə xarakterli tədbirlərə əl atmalı olub. Bu tədbirlərə qiymət artımları və istehsalın azaldılması daxildir. Bəzi şirkətlər isə səhmlərin geri alınmasını dayandırıb, işçiləri məcburi məzuniyyətə göndərib və ya hökumətlərdən təcili yardım istəyib.
"Xüsusilə, Hörmüz boğazının bağlanması daşınma xərclərinin artmasına, xammal təchizatının qapanmasına və malların dövriyyəsi üçün həyati əhəmiyyət daşıyan ticarət marşrutlarının dayanmasına səbəb olub. Gübrə, helium, alüminium, polietilen və digər əsas xammal və materialların təchizatı zərər görüb", - təhlildə bildirilir.
Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlayıb. İran da qarşılığında dünya üzrə neft və təbii qaz tədarükünün təxminən beşdə birinin həyata keçdiyi Hörmüz boğazını əksər ölkələrin tankerlərinə bağlayıb. Nəticədə dünya bazarlarında neft və yanacaq qiymətləri artıb.
Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunsa da, İran Hörmüz boğazını bağlı saxlamağa davam edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb