Dünya

Ukraynada hərbi hissəni tərk edənlərin saxlanıldığı binada işgəncə iddiaları araşdırılır

4 noyabr, 2026
20

sosial media

Ukraynanın Kiyev vilayətində hərbi xidmətdən yayınan və hərbi hissəni özbaşına tərk edən şəxslərin saxlanıldığı binada işgəncə verilməsi ilə bağlı iddialar yayılıb. İddiaların ardınca yerli sakinlərlə Milli Qvardiya hərbçiləri arasında qarşıdurma baş verib.
Ukrayna Dövlət Təhqiqatlar Bürosu hadisə ilə əlaqədar cinayət işi başladıb.

“Reuters”in məlumatına görə, hadisə noyabrın 2-də Kiyev yaxınlığındakı Petropavlivska Borşahivka yaşayış məntəqəsində baş verib. Sosial şəbəkələrdə xüsusi yaşayış evinin zirzəmisində onlarla şəxsin qanunsuz saxlanıldığı, döyüldüyü və işgəncəyə məruz qaldığı, bəzi hallarda isə onların yaxınlarından pul tələb edildiyi iddia olunub.

Bundan sonra təxminən 100 nəfər binanın qarşısına toplaşaraq orada saxlanılan şəxslərin azad olunmasını tələb edib. Qarşıdurma zamanı etirazçılarla hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında insident yaşanıb.

“Euronews”un məlumatına görə, ilkin olaraq zirzəmidə təxminən 40 nəfərin saxlanıldığı bildirilsə də, sonradan həmin obyektin Ukrayna Milli Qvardiyasının müvəqqəti yerləşmə məntəqəsi olduğu açıqlanıb.
Milli Qvardiyanın 1-ci korpusunun “Azov” bölməsi binada yeni səfərbər edilmiş şəxslərin, həmçinin hərbi hissələrini icazəsiz tərk etdikdən sonra saxlanılaraq geri qaytarılmış hərbçilərin olduğunu bildirib. Açıqlamaya görə, onlar digər hərbi hissələrə göndərilmələrini gözləyiblər.

Milli Qvardiyanın komandanı Oleksandr Pivnenko dörd hərbçinin tibbi yardıma ehtiyac duyduğunu və xəstəxanaya yerləşdirildiyini bildirib. O, hərbçilərlə qanunsuz rəftarın qəbuledilməz olduğunu, yayılan məlumatların araşdırılacağını deyib.

Ukrayna prezident Ofisinin rəhbəri Kirilo Budanov isə genişmiqyaslı səfərbərlik səbəbindən bütün hərbçilərin yerləşdirilməsi üçün daimi dislokasiya məntəqələri və kazarmaların kifayət etmədiyini bildirib. Onun sözlərinə görə, bu səbəbdən müvəqqəti binalardan istifadə olunur. Budanov belə məntəqələrdə səlahiyyət həddinin aşılması və səfərbər olunan şəxslərə qarşı qanunsuz hərəkətlərə yol verilməsi hallarının olduğunu da etiraf edib.

O, Petropavlivska Borşahivkada baş verənlərdə kənar təsir ehtimalının da araşdırıldığını, təşkilatçıların müəyyən edilərək cəzalandırılacağını bildirib.
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbər müavini İvan Rudnitskinin açıqlamasına görə, qarşıdurmada fəal iştirak edən təxminən 100 nəfər müəyyən edilib. “Euronews”un məlumatına əsasən, istintaqçılar insidentin hərbi hissəni icazəsiz tərk etmiş bir hərbçinin qaçırılması məqsədilə təşkil oluna biləcəyi ehtimalını da araşdırırlar.
Dövlət Təhqiqatlar Bürosu hadisə ilə əlaqədar hərbi vəzifəli şəxsin səlahiyyət həddini aşması maddəsi üzrə cinayət işi başladıb. Araşdırmaya Dövlət Təhqiqatlar Bürosu, Milli Qvardiya, Daxili İşlər Nazirliyi, Təhlükəsizlik Xidməti və Hərbi Ombudsman Aparatı cəlb olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Ermənistan müxalifətinin liderlərindən biri Samvel Karapetyan həbs olunub

4 noyabr 2026

sosial media

Ermənistanın tanınmış iş adamı, “Tashir” şirkətlər qrupunun təsisçisi və “Güclü Ermənistan” müxalifət partiyasının lideri Samvel Karapetyan noyabrın 4-də həbs olunub. Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Qurumun açıqlamasına görə, Karapetyan və daha 35 nəfərlə bağlı “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə külli miqdarda maddi ziyan vurulması, etibar edilmiş əmlakın mənimsənilməsi və çirkli pulların yuyulması iddiaları üzrə cinayət təqibi başlanıb. İstintaq Komitəsinin məlumatında şirkətə dəymiş ümumi ziyanın 64 milyard 585 milyon dramdan çox olduğu bildirilir. Qurumun versiyasına görə, 2016–2024-cü illərdə şirkətin rəhbər şəxsləri real ehtiyacdan artıq kredit vəsaitləri cəlb edib, sonradan həmin vəsaitləri səhmdarlara dividend, eləcə də əlaqəli şirkətlərə borc və avans...
Dünya

Tramp ABŞ-nin İsrailə 4 milyard dollarlıq yardımını dayandıracağını açıqlayıb

4 noyabr 2026

whitehouse

ABŞ prezidenti Donald Tramp ilin sonundan etibarən İsrailə hər il ayrılan təxminən 4 milyard dollarlıq maliyyə yardımının dayandırılacağını bildirib. “Reuters”in məlumatına görə, Tramp bu barədə ABŞ-də aralıq seçkilərin keçirildiyi gün “Fox News” telekanalına müsahibəsində danışıb. O bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə bir neçə ay əvvəl əldə edilən razılaşmaya əsasən, Vaşinqton ilin sonundan etibarən İsrailə müntəzəm maliyyə yardımı göstərməyəcək. Bununla belə, Tramp İsrailin ehtiyac yaranacağı təqdirdə ABŞ-nin dəstəyini ala biləcəyini və Amerika silahlarını satın almağa davam edə biləcəyini vurğulayıb. Tramp İsrailin artıq bu maliyyə yardımına ehtiyac duymadığını bildirib. O, həmçinin ABŞ-nin İsrailə ayırdığı vəsaitin ölkə daxilində siyasi müzakirələrdə...

Seçilmiş Videolar

Toplum TV loqo