Dünya

Tramp: “Netanyahunu xəbərdar etdim ki, o, tezliklə İrana qarşı tək qala bilər"

9 iyun, 2026
109

AP

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbətində onu İranla münaqişənin daha da kəskinləşməsinin mümkün nəticələri barədə xəbərdar etdiyini açıqlayıb. Bu barədə o, İsrailin “N12” telekanalına müsahibəsində danışıb.

“Onu xəbərdar etdim ki, addımlarında çox ehtiyatlı olmalısan. Çünki çox tezliklə İranla qarşı tək qala bilərsən”, - deyə Tramp bildirib.

ABŞ prezidentinin sözlərinə görə, iyunun 7-də Netanyahu ilə telefon danışığı zamanı o, İsrail liderindən İranın zərbələrinə cavab verməməyi xahiş edib. Tramp iddia edir ki, sonradan İsrail tərəfi Vaşinqtonu planlaşdırılan əməliyyat barədə yalnız hazırlıqların son mərhələsində məlumatlandırıb.

“İsraillilər bizə yenilənmiş məlumatı çox gec təqdim etdilər. Onlar artıq İrana doğru hərəkət edirdilər. Mən hücumun miqyasını azaltmağa nail oldum”, - deyə ABŞ prezidenti vurğulayıb.

Tramp həmçinin bildirib ki, iyunun 8-i səhər saatlarında İran nümayəndələri vasitəçilər üzərindən İsrailə hücumları dayandırmağa hazır olduqlarını bəyan edib və Vaşinqtondan İsrail rəhbərliyinə təsir göstərməyi xahiş ediblər. Prezidentin sözlərinə görə, o, Netanyahu ilə əlaqə saxlayaraq zərbələrin dayandırılmasına nail olub.

"Axios" nəşri yazır ki, Tramp və Netanyahu arasında telefon danışığı zamanı fikir ayrılıqları yaranıb. Lakin sonda İsrailin baş naziri İran tərəfinin yeni hücumlara başlamayacağı təqdirdə əməliyyatların dayandırılmasına razılıq verib.

ABŞ prezidenti əlavə edib ki, o, hələ də Tehranla razılaşmanın əldə olunmasında maraqlıdır və hesab edir ki, İran da belə bir sənədin imzalanmasına maraq göstərir.

İyunun 7-də İran, İsrail ordusunun Beyrut ətrafında “Hizbullah” ilə əlaqələndirilən obyektlərə zərbələr endirməsindən sonra İsrail ərazisini raket atəşinə tutub. Buna cavab olaraq İsrail İranın hərbi obyektlərinə hücumlar həyata keçirib. İyunun 8-də Tehran hücumları dayandırdığını bəyan edib, İsrail isə İrana qarşı zərbələri müvəqqəti dayandırdığını, lakin “Hizbullah”a qarşı əməliyyatların davam etdirildiyini açıqlayıb.

“Hizbullah” ABŞ və İsrail tərəfindən terror təşkilatı kimi tanınır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”

5 noyabr 2026

sosial media

Ermənistan 2027-ci ildə də qonşu ölkələrlə münasibətlərinin normallaşdırılması və inkişafı istiqamətində addımlar atacaq. “Armenpress”in məlumatına görə, bunu noyabrın 5-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin daimi komissiyalarının birgə iclasında çıxışı zamanı bildirib. Mirzoyan qeyd edib ki, Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanmasına nail olmaqdır. “Bizim öhdəliyimiz Azərbaycanla sülh sazişinin ən qısa zamanda imzalanmasını, daha sonra isə ratifikasiya olunmasını təmin etməkdir. Bununla yanaşı, sülhü daha da möhkəmləndirən addımları və əməkdaşlığın genişləndirilməsini, o cümlədən ikitərəfli ticarəti davam etdirəcəyik”, - nazir vurğulayıb. Ermənistanın Türkiyə ilə münasibətlərinə də toxunan Mirzoyan iki ölkə arasında dialoqun fəal və səmərəli xarakter aldığını...
Dünya

Vens: “Seçkini İranla müharibəyə görə uduzduq”

5 noyabr 2026

sosial media

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasının aralıq seçkilərində ağır məğlubiyyətinin əsas səbəbinin İranla müharibə olduğunu bildirib. Vens bu barədə öz “X” hesabında paylaşım edib. O bildirib ki, keçirdiyi sorğuların nəticələrinə əsasən, problem Respublikaçı seçicilərin səsverməyə getməməsi deyil, 2024-cü ildə prezident Donald Trampa və ona səs verənlərin bir qisminin bu dəfə Demokratlara dəstək verməsidir. Vensin sözlərinə görə, seçicilərin narazılığına İranla müharibə, yaşayış xərclərinin və inflyasiyanın artması, eləcə də ABŞ-nin İsraillə münasibətləri səbəb olub. Vitse-prezident qeyd edib ki, müharibənin Respublikaçılar üçün siyasi nəticələri ağır olub və bu qərarın ölkəyə hansı bahasına başa gəldiyi barədə açıq danışmaq lazımdır. O, Respublikaçıları baş verənlərdən...

Seçilmiş Videolar

Toplum TV loqo