Siyasət

Putin: Rusiya Ukraynada hələ ciddi heç nəyə başlamayıb

8 İyul, 2022
2357

Açıq mənbələrdən götürülüb

Rusiya Prezidenti Vladimir Putin cümə axşamı bildirib ki, Ukraynada keçirilən hərbi əməliyyat zamanı Rusiya hələ də ciddi fəaliyyətə başlamayıb.

"Bu gün eşidirik ki, bizi döyüş meydanında məğlub etmək istəyirlər. Nə demək olar, qoy çalışsınlar. Biz dəfələrlə Qərbin son ukraynalıya qədər vuruşmaq istədiyini eşitmişik.  Bu, Ukrayna xalqı üçün faciədir, amma deyəsən, hər şey buna doğru gedir”, - Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşü zamanı deyib.

Putinin sözlərinə görə, hamı başa düşməlidir ki, Rusiya “ümumiyyətlə hələ ciddi heç nəyə başlamayıb”. Bununla yanaşı, o qeyd edib ki, Moskva sülh danışıqlarından imtina etmir. “Amma imtina edənlər bilməlidirlər ki, nə qədər irəli getsələr, bizimlə danışıqlar aparmaq bir o qədər çətin olacaq”.

Vladimir Putin deputatlarla görüşündə Rusiyaya qarşı sanksiyaların təşəbbüskarlarının öz məqsədlərinə çatmadığını da bildirib:

"Rusiyaya qarşı tətbiq edilən qeyri-qanuni məhdudiyyətlər bizim üçün çətinliklər yaradır. Bu, açıq-aşkar faktdır. Amma Rusiyaya qarşı iqtisadi blitskriqin təşəbbüskarlarının ümid etdikləri qədər yox".

Kiyev artıq Putinin Ukrayna ilə bağlı açıqlamalarına reaksiya verib. Bu barədə Ukrayna prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak danışıb. "Heç bir "kollektiv Qərb" planı yoxdur. Sadəcə, konkret z-ordu suveren Ukraynaya daxil olub, şəhərləri atəşə tutub və dinc əhalini öldürüb. Qalan hər şey primitiv təbliğatdır. Ona görə də cənab Putinin "son ukraynalıya qədər müharibə" mantrası - düşünülmüş rus soyqırımının  daha bir sübutdur", - deyə Podolyak yazıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"

15 Sentyabr 2025
Sentyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən III Respublika Platformasının üzvü Ruslan İzzətli çıxış edib.  15 sentyabrın Bilik Günü olaraq qeyd edilməsinə istinad edən R.İzzətli ittihamlarla üzləşmələrinin və ümumilikdə "Azərbaycandakı ədalətsizliyin təhsilsizliyin nəticəsi" olduğunu vurğulayıb.  "Femida Azərbaycandakı məhkəmələri görsə, göz yaşı tökər. Nəinki müdafiəçilərimiz, heç hakimlər də bizim aqibətimizin nə olacağını bilmir. Hamısı Prezident Administrasiyasından gələcək qərarı gözləyir", - o deyib.  R.İzzətli həbs olunan şəxslərin hökumətlə şəxsi ədavəti olmadığını, sadəcə cəmiyyət üçün çalışdıqlarını deyərək ictimaiyyətə dəstək üçün müraciət edib.  "Əlində smartfon olan hər...
Siyasət

Tramp Rusiyanı "təcavüzkar" adlandırıb

15 Sentyabr 2025

Foto: Getty Images

ABŞ prezidenti Donald Tramp ilk dəfə olaraq Rusiyanı Ukrayna ilə müharibədə "təcavüzkar" adlandırıb.  Sentyabrın 14-də jurnalistlərin suallarına cavab verən Tramp Ukrayna və Rusiyanın itkilərinə toxunaraq deyib:  “Bu həftə hər iki tərəfdən 8 min əsgər həlak olub. Rusiyadan bir az çox adam həlak olub, amma sən təcavüzkar olanda daha çox itki verirsən.” Tramp bundan əvvəl işğala görə Moskvanı qınamaqdan imtina edib. Onun administrasiyası fevral ayında BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanı qınayan qətnaməyə qarşı çıxış edib. ABŞ, həmçinin, fevralda "Böyük Yeddilik" ölkələrinin Rusiyanı "təcavüzkar" adlandıran bəyanatına etiraz edib. Tramp apreldə verdiyi açıqlamada müharibəyə görə Ukraynanı günahlandırmışdı.  “Özündən 20 dəfə böyük...

Seçilmiş Videolar

Toplum TV loqo