Dünya

Vens: “ABŞ Ermənistana 9 milyard dollar dəyərində nüvə materialları və yanacaq satacaq”

10 fevral, 2026
198

Foto: primeminister.am

ABŞ Ermənistana 9 milyard dollar dəyərində nüvə materialları və yanacaq satmaqla bağlı bu ölkə ilə razılığa gəlib. 

Bu barədə fevralın 9-da Ermənistanda səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Vens Ermənistan baş naziri Nikol Paşinyanla birgə brifinqdə xəbər verib. 

Onun sözlərinə görə, ölkələr "123 Mülki Nüvə Əməkdaşlığı Razılaşması" kimi tanınan sazişin imzalanması üçün danışıqları başa çatdırıblar. 

“Bu, tam şəkildə həll olunduqdan sonra ABŞ və Ermənistan şirkətlərinin mülki nüvə layihələri üzrə müqavilələr bağlamasına imkan verəcək. Bu isə ABŞ-nin ilkin ixracında 5 milyard dollara qədər və yanacaq və texniki xidmət müqavilələri vasitəsilə uzunmüddətli əlavə 4 milyard dollar deməkdir", - o qeyd edib. 

Paşinyan bildirib ki, razılaşma “təhlükəsiz və innovativ texnologiyaların tətbiqi vasitəsilə Ermənistanın enerji resurslarının şaxələndirilməsini təmin edəcək.”

Ermənistan rəsmiləri bu ayın əvvəlində köhnəlmiş Metsamor nüvə elektrik stansiyasının modul dizayn əsasında qurulacaq yeni bir obyektlə əvəz ediləcəyini xəbər vermişdilər. 

Metsamoru inşa etmiş Rusiyanın nüvə qurumu olan "Rosatom"un rəhbəri Aleksey Lixaçov fevralın 6-da Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüş zamanı ona “hərtərəfli əməkdaşlıq” razılaşmasını təklif etmişdi. 

"Rosatom"un bəyanatında “hərtərəfli əməkdaşlığın” əhatə dairəsi müəyyən edilməmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”

5 noyabr 2026

sosial media

Ermənistan 2027-ci ildə də qonşu ölkələrlə münasibətlərinin normallaşdırılması və inkişafı istiqamətində addımlar atacaq. “Armenpress”in məlumatına görə, bunu noyabrın 5-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin daimi komissiyalarının birgə iclasında çıxışı zamanı bildirib. Mirzoyan qeyd edib ki, Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanmasına nail olmaqdır. “Bizim öhdəliyimiz Azərbaycanla sülh sazişinin ən qısa zamanda imzalanmasını, daha sonra isə ratifikasiya olunmasını təmin etməkdir. Bununla yanaşı, sülhü daha da möhkəmləndirən addımları və əməkdaşlığın genişləndirilməsini, o cümlədən ikitərəfli ticarəti davam etdirəcəyik”, - nazir vurğulayıb. Ermənistanın Türkiyə ilə münasibətlərinə də toxunan Mirzoyan iki ölkə arasında dialoqun fəal və səmərəli xarakter aldığını...
Dünya

Vens: “Seçkini İranla müharibəyə görə uduzduq”

5 noyabr 2026

sosial media

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasının aralıq seçkilərində ağır məğlubiyyətinin əsas səbəbinin İranla müharibə olduğunu bildirib. Vens bu barədə öz “X” hesabında paylaşım edib. O bildirib ki, keçirdiyi sorğuların nəticələrinə əsasən, problem Respublikaçı seçicilərin səsverməyə getməməsi deyil, 2024-cü ildə prezident Donald Trampa və ona səs verənlərin bir qisminin bu dəfə Demokratlara dəstək verməsidir. Vensin sözlərinə görə, seçicilərin narazılığına İranla müharibə, yaşayış xərclərinin və inflyasiyanın artması, eləcə də ABŞ-nin İsraillə münasibətləri səbəb olub. Vitse-prezident qeyd edib ki, müharibənin Respublikaçılar üçün siyasi nəticələri ağır olub və bu qərarın ölkəyə hansı bahasına başa gəldiyi barədə açıq danışmaq lazımdır. O, Respublikaçıları baş verənlərdən...

Seçilmiş Videolar

Toplum TV loqo