Dünya

Şinzo Abe vəfat etdi - YENİLƏNİB

8 İyul, 2022
2174

Açıq mənbələrdən götürülüb

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe xəstəxanada vəfat edib. 

"Fuji News Network"-un məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, Abenin həyatını xilas etmək mümkün olmayıb. 

***

11:23

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe həyat əlamətləri göstərməyi dayandırıb, həkimlər siyasətçinin klinik ölüm keçirdiyini qeydə alıblar. 

Bu barədə iyulun 8-də "Kyodo News" agentliyi məlumat yayıb.

Abe iyulun 8-i səhər saatlarında sui-qəsdə məruz qalıb. Hücum edənin Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin keçmiş hərbçisi, 41 yaşlı yerli sakin Tetsuya Yamaqami olduğu müəyyən edilib. O, küçədə seçki təşviqatı aparan siyasətçiyə arxadan atəş açaraq onu sinəsindən yaralayıb. Keçmiş baş nazir yerə yıxılıb, daha sonra o, boyun və döş nahiyəsindən aldığı güllə yaralarıyla xəstəxanaya çatdırılıb. Sui-qəsdçi dərhal saxlanılıb və hazırda polis tərəfindən dindirilir. Onun motivləri hələlik məlum deyil. 
 
Hücumla əlaqədar Yaponiya hökuməti tərəfindən böhrana cavab mərkəzi yaradılıb. Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno hadisədən şoka düşdüyünü bildirib. 
 
Partiyasının parlament kampaniyası çərçivəsində ölkəni gəzən Baş nazir Fumio Kişida turunu yarımçıq kəsərək təcili Tokioya qayıdıb. 
 
Bütün əsas siyasi partiyalar rəsmi bəyanatlarında hücumu pisləyiblər.

Şinzo Abe 2006-2007-ci illərdə və 2012-2020-ci illərdə Yaponiyanın Baş naziri vəzifəsində çalışıb. O, ölkə tarixinin ən uzunmüddətli baş naziri sayılır. 


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

2 Oktyabr 2026

sosial media

Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib. Tokionun sanksiya siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxs, həmçinin Türkiyə və BƏƏ-dən 4 şirkət daxil edilib. Yaponiya eyni zamanda Rusiya ilə əlaqəli olduğunu bildirdiyi 35 gəmiyə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Sanksiyalara VNIIR-Progress şirkətinin baş direktoru Vladislav Kostin və “Rostex” şirkəti rəhbərinin müavini Dmitri Lelikov da daxil edilib. Yaponiya Rusiyaya qarşı sonuncu sanksiyaları 12 sentyabr 2025-ci ildə, keçmiş baş nazir Şiqeru İşibanın hökuməti dövründə tətbiq etmişdi. Hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi hökumət dövründə isə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilməmişdi. Bundan bir müddət əvvəl Böyük Britaniya...
Dünya

“Reuters”: İran ABŞ-nin mümkün hücumuna daha genişmiqyaslı cavab hazırlayır

1 Oktyabr 2026

sosial media

İran ABŞ genişmiqyaslı hərbi hücumları bərpa edərsə, daha sərt və geniş cavab verməyə hazırlaşır. Bu barədə üç yüksəkvəzifəli İran rəsmisi və müzakirələrdən məlumatlı mənbə “Reuters”ə danışıb. Mənbələrin sözlərinə görə, İranın hərbi rəhbərliyi mümkün hədəflərin ABŞ-la əlaqəli obyektlərlə məhdudlaşmamasını, ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyən ölkələri və Yaxın Şərqdən kənardakı məkanları da əhatə etməsini nəzərdən keçirir. Rəsmilər bildiriblər ki, prezident Məsud Pezeşkianın ötən həftə Nyu-Yorkdan qayıtmasından sonra Tehranda mümkün cavabın miqyası və vaxtı müzakirə olunur. Hələlik yekun qərar qəbul edilməsə də, planlaşdırmanın intensivləşdiyi bildirilir. Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Həmidrza Əzizi deyib ki, Tehran ABŞ prezidenti Donald Trampın yeni genişmiqyaslı hərbi...

Seçilmiş Videolar

Toplum TV loqo